Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevinc toya, Sevil qızına xərcləyəcək- Medalçı əkiz bacılar+Video
Tarix: 26-06-2015 | Saat: 18:46
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Sevinc toya, Sevil qızına xərcləyəcək- Medalçı əkiz bacılar+Video

Avropa Oyunlarında ilk dəfə olaraq Azərbaycan bayrağı yanaşı qalxıb. Qılıncoynatma yarışlarına qatılan əkiz bacılar - Sevil və Sevinc Bünyatovalar ölkəmizə gümüş və bürünc medal qazandırıblar. 1989-cu ildə Rusiyada doğulan Bünyatova bacıları 9 yaşından bu idman növü ilə məşğul olur.

Xeberaz.az -ın məlumatına görə, Sevil Bünyatova APA TV-yə açıqlamasında bu idman növünə valideynlərinin təhriki ilə gəldiyini deyib: “Bizi bu idman növünə valideynlərimiz gətirib. İlk məşqçimiz elə Fikrət müəllim olub. Birinci zala girdiyimiz gündən bu idman növünü bizə o öyrədib. Biz əvvəl rapira növündə qılınc açmışıq. Sonra isə məşqçimiz sablya növünə keçib”.

Sevinc də qılıncoynatma idman növünü seçmək ideyasının valideynlərindən gəldiyini deyir: “Valideynlərimiz işə gediblər, evdə adam olmayıb. Ona görə bizi aparıb məşqə qoyublar ki, evdə tək qalmayaq”.

Xarici görünüşcə bir-birinə bənzəyən bacılar oyunlar zamanı maraqlı anlar yaşadıqlarını deyirlər. Sevinc Bünyatovanın sözlərinə görə, onları bacısının üzündə xala görə fərqləndirə bilirlər: “Sevilin xalı var, onu göstəririk, o zaman tanıyırlar. Bir idmançı gəlib mənə iki dəfə salam verir. iki dəfə öpür. Sevilin dərslərinə o zaman mən gedirdim. Müəllim də xəbərsiz olurdu. Amma idman həyatımızda dəyişiklik etməmişik. Mən qılıncı fərqli açıram, o fərqli”.

Bacılar əvvəllər də bir neçə nailiyyət əldə ediblər. Ancaq ilk dəfə fərdi olaraq medal qazanıblar. Bacıların arzusu finalda qarşılaşmaq olsa da, buna nail ola bilmədilər: “Həmişə məşq edəndə biz vuruşuruq. Məşqdən sonra biz bacıyıq. Oyunlarda isə rəqibik”.

Sevil Bünyatova qızıl medalı son anda əldən verdiyini təəssüflə xatırlayır: “Mən bir zərbə fərqi ilə uduzmuşam. Hakimin də səhvi oldu. Ancaq mən axırıncı zərbədə bəlkə də tələsdim. Qızıl medalı tez əldə etmək istədim. Mən əgər böyük fərqlə uduzsaydım, pis olmazdım”.

Uşaqlıqdan maddi sıxıntılarla böyüyən Bünyatova bacıları artıq qazandıqları pulu xərcləməyi də planlaşdırıblar. Sevil Bünyatova qazanacağı mükafatı qızının gələcəyi üçün xərcləmək niyyətindədir: “Qızıma demişdim ki, əgər qalib olsam, pulları onun gələcəyi üçün xərcləyəcəyəm”.

Sevinc Bünyatova isə hələ fikrini dəqiqləşdirməyib. Onu indi qazandığı mükafatdan çox, toy hazırlıqları daha çox məşğul edir: “Hələ bu barədə fikirləşməmişəm. Amma sentyabrda toyumdur”.

Bünyatovalar Birinci Avropa Oyunlarının onların gələcəkdə uğur əldə etmələrində böyük rol oynayacağına əmin olduqlarını deyirlər.



4598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___