Ermənistan daha bir təxribata əl atmaqla... – Gürcü ekspert
Tarix: 27-09-2020 | Saat: 10:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Xəbəraz-ın debatı | çapa göndər
Ermənistan tərəfi daha bir təxribata əl atmaqla bir daha sübüt etdi ki, onlar regionda sülhün olmasında maraqlı deyillər.
"Xeberaz.Az" xəbər verir ki, bunu Trend-ə gürcüstanlı ekspert Quram Marxuliya deyib.
Qarabağda separatçı rejimə nəzarət edən Ermənistan hakimiyyəti qırmızı xətti keçib, baxmayaraq ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra bütün bu illər ərzində Bakı səbrlə münaqişənin sülh yolu ilə həllinə çalışıb.
O qeyd edib ki, məhz buna görə ermənistanlı rəhbərlər öz diasporlarına müraciət edir, dünya ictimaiyyətini işğal olunmuş ərazilərin Ermənistan ərazisi olduğuna inandırmaq üçün Livandan ailələri köçürür.
Ekspert bildirib ki, hətta Livan və Suriyadan olan qaçqınlar da işğal olunmuş Qarabağa köçmək istəmir, çünki buranı erməni əraziləri hesab etmir:
“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi barədə dörd qətnaməsinin icra olunmadığını bir daha vurğuladı. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə aktivlik nümayiş etdirmir. Erməni ASALA terror təşkilatına gəldikdə isə, onun qanlı imici hamıya məlumdur”.
Ekspertin sözlərinə görə, təcavüzkar layiqli cavabını almalıdır. Bundan sonra hərbi təxribatların qarşısı qətiyyətlə alınmasa, İrəvan rejimi "sonuncu erməniyə qədər" müharibəni davam etdirməli olacaq:
“Bəs ermənilər öz destruktiv mövqeyinin və siyasətinin nəticələrini başa düşürmü? Kim Ermənistana 100 faizli təminat verə bilər ki, əsas geosiyasi iştirakçılar Azərbaycanı erməni təxribatına cavab verərkən dayandırmağa çalışacaq. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün bu hüquqa sahibdir”.
Xəbəri paylaş
5388 dəfə oxunub.
Digər xəbərlər

1-04-2015, 18:44
Rusiya əsgərləri Ermənistanda hava hücumunu dəf etməyə hazırlaşırlar
28-04-2016, 13:45
Azərbaycanın işğalından 96 il keçir
25-01-2016, 13:20
Tanınmış prodüsser Zorik arıqlayaraq tanınmaz hala düşdü (FOTO)
18-08-2023, 22:26
"Şəhid ailəsinə həkim zülmü"
10-02-2018, 18:59
Müsavat qərarını açıqladı-"İştirak etməyəcəklər”.
29-12-2022, 15:27
Bakıda nazirlik ucuz qiymətə təmirli mənzilləri satışa çıxarır - Evlər ucuzlaşacaq?
3-08-2015, 18:01
Orduya edilən yardımın məbləği açıqlandı
31-05-2016, 19:38
Model Sevinc məzunları təbrik edib.
1-09-2021, 14:20
Polis COVID-19 pasportu olmayanları cərimələyəcək? - RƏSMİ CAVAB