Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Şəhid ailəsinə həkim zülmü"
Tarix: 18-08-2023 | Saat: 22:26
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Aktual | çapa göndər


2000-ci illərdə əzəmətli adı və mükəmməl xidməti ilə respublikaya səs salan ilk özəl klinika Leyla Şıxlınskaya şöhrətini çox tez itirdi.
Bu yalnız bir jurnalist olaraq mənim fikirim deyil, eləcə də klinikanın xidmətlərindən istifadə edən bir çox insanların ürək sözləridir.
Adından göründüyü kimi Şıxlınski kimi bir soyadın arxasında xidmət göstərən klinika, ən az onun qədər əzəmətini qorumağı bacarmalı idi.
Çox təəssüf ki, cəmi 20 il bu ada tablana bildi. Və düşünürük ki, xidmətdə keyfiyyətli iş ortaya qoyulmasa da, çox düzgün qərar verərək klinikanın adını yalnızca "Leyla" klinikası olaraq rəsmiləşdirildi.
Belə bir qənaətə şəhid atası Kazımov Mikayıl kişinin cavan övladının müəmmalı ölümü səbəbilə gəldik.
Redaksiyamıza müraciət edən birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid atası Kazımov Mikayıl kişi gənc övladının "Leyla" klinikasında öldürülməsindən şikayət edib.
Mikayıl kişinin oğlu Kazımov Vüqar Mikayıl oğlu yanvar ayında bağırsaq keçməməzliyi diaqnozu ilə klinikaya yerləşdirilir. Professor Kənan Yusif-zadə xəstəyə müalicə kursu tətbiq edir. Müalicə ərəfəsində xəstə fiziki olaraq tamamilə zəifləyir. Nəhayət zəifləyib, gücdən düşmüş gənc adam əməliyyata yatızdırılır. Əməliyyatdan sonra xəstənin bağırsağı bayıra çıxarılır ki, bu normal hal hesab edir. Lakin əməliyyatdan iki ay sonra, yəni xəstə özünü toparlamadan Kənan Yusif-zadə Vüqarı təkrar əməliyyata alıb, bağırsağı içəri alır. Əməliyyatdan sonra evə buraxılan xəstənin vəziyyəti ağırlaşırlasır. Kənan Yusif-zadə ilə əlaqə yaradan ailəyə, xüsusiylə şəhid ailəsinə professorun cavabı çox utanc verici olub. Bildirib ki, " Mənimki buraya qədərdir. . Əməliyyatı etdim, gerisi mənlik deyil" . Nəticədə gənc adam həkim səhlənkarlığımı deyək, həkim tamahımı söyləyən və ya həkimbiganəliyimi adlandırmaq, qurbanı olur.
Vüqarın ölümündən sonra ailə xəstənin diaqnozunu və ona tətbiq olunan müalicə, əməliyyat proseslərini bir sıra həkimlər, hətta Türkiyənin nüfuzlu xəstəxanalarının uzmanları ilə müzakirə etdiklərində, yekdilliklə həkimin səriştəsizliyi sən xəstənin öldüyünü söyləmişlər. Belə bir hal ailəilənin qəzəbini alovlandırır. Eyni zamanda eyni xəstəliklə digər xəstəxanalarda, özəl klinikalarda "Leyla" klinikasindan qat-qat ucuz və qarantili təbii xidmətin verildiyini iddia edirlər. Halbu ki, ailə mərhum Vüqar üçün 15000 min manat sərmayə xərcləyib və nəticə sağalmayan ürək yaradı ilə, göz yaşı oldu.
Ailə Vüqarın ölümünün səbəbini xəstəlikdə deyil, həkim və "Leyla" klinikasının məsuliyyətsizliyində, keyfiyyətsizliyində gördükləri üçün hüquq mühafizə orqanlarına müraciət etmişlər. İstintaqın gedişi nə ilə nəticələnəcək, məlum deyil. Biz isə həkim Kənan Yusif-zadə barəsində bir söz söyləyə bilməsək də, "Leyla" klinikasının itirilmiş şöhrətinə, cəmiyyətdə azalan nüfuzuna və ən başlıcası isə şəhid ailəsi demədən ciblərinə uzanan əllərinə görə çox təəssüf edirik. Bu səbəblə də son olaraq klinikanın sahiblərinə bir gerçəyi xatırlatmaq istəyirik ki, "artilleriya allahı" adı ilə tarixə adını yazmış general Əliağa Şıxlinskinin nəslindən gəldiyimizi unutmayın. Generalın ruhunu şəhid ailəsinə edilən zülmə görə yandırmayın.
Tərifə Maqsudova


Xəbəri paylaş

2498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___