Virusa yoluxan qadının əri həkim və polisə yaba ilə hücum etdi - Azərbaycanda
Tarix: 02-06-2020 | Saat: 15:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə | çapa göndər
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.
"Xeberaz.Az"-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasına faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.
E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.
Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər

24-08-2023, 17:36
Bakıda leysan yağacaq, bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ
25-07-2022, 11:30
Burakın pul qarşılığında yemək yediyi qızlar görün kim imiş - FOTO
5-11-2016, 22:55
Bu məhsulları alarkən diqqətli olun - Video
17-01-2016, 16:38
Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı
15-05-2015, 15:00
“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilib.YENi GÖRÜNÜŞ
4-07-2016, 11:26
Abbas Bağırov metroda - 15 ildən sonra - VİDEO
23-05-2016, 13:31
Cavid Qurbanov AKP-nin qurultayında -FOTOLAR
15-08-2018, 12:51
Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırıldı - FOTO
20-02-2017, 11:28
Nazir yeni rəis təyin etdi