Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda leysan yağacaq, bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ
Tarix: 24-08-2023 | Saat: 17:36
Bölmə:Karusel / Gündəm | çapa göndər


Bakıda leysan yağacaq, bölgələrə dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, maksimal temperatur 27-30° isti olacaq.


Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.



Xəbəri paylaş

2748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___