Berdiməhəmmədov Əliyevə məktub göndərdi
Tarix: 25-05-2020 | Saat: 15:16
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Xeberaz.Az" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağı özümə şərəf bilirəm.
Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan, getdikcə daha dinamik və davamlı xarakter kəsb edən Türkmənistan-Azərbaycan münasibətləri böyük qarşılıqlı etimad, hüquq bərabərliyi və səmimiliyi ilə fərqlənir.
Mən bu ilin martında Sizin gözəl ölkənizdə bizim səmimi görüşümüzü xoş duyğularla xatırlayıram. Həmin görüş zamanı səmimi və etimada əsaslanan danışıqlarda hər iki tərəfin ölkələrimiz arasında çoxşaxəli qarşılıqlı əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazır olduğu təsdiq edildi.
Qəti əminəm ki, qardaş xalqlarımız arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və başqa istiqamətlərdə yaranmış səmərəli əməkdaşlıq bizim birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

17-04-2017, 16:32
Azercelldən internet problemi ilə bağlı - AÇIQLAMA
31-08-2017, 18:25
Cazibədar modelin idman sevgisini əks etdirən FOTOSESSİYASI
17-05-2019, 11:59
“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar
19-09-2017, 09:19
Azərbaycanda Feysbuk istifadəçilərinin fəallığı azaldı
15-06-2018, 10:13
Ömrünüzü uzadacaq ərzaqlar
2-06-2017, 12:15
"Bizdə cinsi azlıqlar üçün məhdudiyyət yoxdur" - Səlim Müslümov
18-02-2016, 20:49
Bakıda gənclər Türkiyə səfirliyi önünə toplaşdılar – FOTO
10-01-2018, 16:18
"Ağ saçlarımı ələ salmağa imkan vermərəm" - Nailə Mirməmmədli
21-05-2021, 21:49
Pərvin Abıyeva: "Yay gəlir, gündə 100 press edin" - FOTOlar
16-02-2016, 13:16
«Baku Bus»da işləmək istəyənlərin diqqətinə - Yeni layihə