Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ağ saçlarımı ələ salmağa imkan vermərəm" - Nailə Mirməmmədli
Tarix: 10-01-2018 | Saat: 16:18
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


“Oğul itirən anayam... Bu acını düşmənimə də arzulamıram. Buna görə saçlarım ağarıb. Kiməsə bu ağ saçlarımı ələ salmağa imkan vermərəm”.
Xəbəraz.Az xəbər verir ki,bu sözləri Axşam.az-a açıqlamsında bəstəkar Nailə Mirməmmədli deyib.
Əməkdar artist Elza Seyidcahanın onun ünvanına söylədiyi sözlərə münasibət bildirən bəstəkar deyib ki, ona işləri ilə cavab verir:
“Vətənimdə baş verən heç bir hadisəyə özümü biganə saxlaya bilməmişəm. Şəhid Mübarizə, həlak olan neftçilərə mahnılar bəstələmişəm. Vətənpərvərlik mövzusu Hikmət Mirməmmədli ilə mənim yaradıcılığımın əsas mövzusudur. Əbəs yerə mənim saçım rəngsiz deyil. Bütün şəhid analarının saçı ağdır. Mən onların üzdə olan simasıyam. Saçını ağardan, əsl qadınlarımız çoxdur. Heç vaxt özüm üçün yaşamamışam. Dırnaqarası seyidlərin bunu ələ salmasına icazə vermərəm. Allah heç kəsin başına gətirməsin. Onu lağa qoymaqla yaşamaq olmaz. Hərə öz işi ilə məşğul olsun.
Haqqımda müsahibə verən o qadının cavabını elə işlərimlə verəcəm. Başımı aşağı salıb mahnılar yazıram. Bu yaxınlarda “Zəfər” marşı yazdım. Onu Gülyanaq Məmmədova, Babək Niftəliyev, Eldəniz Məmmədov oxudular. Bu mahnını aprel döyüşlərinə həsr etdim. Vətənpərvərlik mövzusunda olan bəstələrim hələ çoxdur. Tezliklə təqdim edəcəm”.

Qeyd edək ki, E.Seyidcahan bəstəkarın ünvanına “Azərbaycanın səsi” yarışmasında əyləşən münsiflər var idi ki, onlara əvvəl hörmət edirdim. Amma o layihədə onları itirdim. Hər insanla ünsiyyət qura bilmirəm, arada sərhəd qoyuram. Bəziləri adamı birinci dəfə görəndə sən deyirlər, axı bu səmimiyyəti zamanla qazanmalısan.
Amma digərlərini tanıdım. Əvvəl də bilirdim ki, elədilər, sadəcə yola verirdim. Sonra gördüm ki, onlar düzələn deyil” sözlərini demişdi.


Xəbəri paylaş

1 0738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___