Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yaşayış binasının gözətçiləri döyülüb - VİDEO
Tarix: 03-01-2020 | Saat: 19:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda yaşayış binasının gözətçiləri döyülüb- VİDEO

Bakıda yaşayış binalarından birinin iki gözətçisi döyülüb.
"Xeberaz.Az" Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisənin görüntüsü binanın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Araşdırma zamanı məlum oldu ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində baş verib. Yanvar ayının 1-i səhər saatlarında əraziyə gələn şəxs binanın gözətçiləri Canpolat Babayev və Fərhad Əliyevlə mübahisə edib. Mübahisə daha sonra dava ilə nəticələnib. Natiq Bağırov adlı şəxs hər iki gözətçini əlindəki küt alətlə amansızcasına döyüb.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Fərhad Əliyev ambulator müayinədən sonra evə buraxılıb. Canpolat Babayev isə ağır kəllə-beyin travması aldığı üçün 48 saat həkim müşahidəsində qalıb. Hazırda onun müalicəsi 3 saylı şəhər klinikasında davam edir. Zərərçəkmiş Fərhad Əliyev deyir ki, həmin şəxs binada kirayədə qalır.
Qeyd edək ki, hadisəni törətməkdə ittiham edilən Natiq Bağırov bu gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı təhqiqat araşdırması aparılır.


Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___