Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəstəmaz almağın tibbi faydası - Ürəyə və əsəbə xoş gələn çarə
Tarix: 30-07-2023 | Saat: 13:24
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Dəstəmaz müsəlmanın gündə ən azından 5 dəfə namazdan əvvəl əl, üz, qollar və ayaqlarının yuyulmasıdır. Dəstəmaz alanda orqanizm mənfi ağırlıqlı yükdən təmizlənir. Dəstəmaz zamanı dəriyə dəyən soyuq su onun gərilib-açılmasına səbəb olur, bununla da sanki dəri masaj olunur, dərialtında toplanmış qanın qovulmasına səbəb olur. Dəstəmaz zamanı qulaq seyvanına dəyən su xüsusilə insanın əhvali-ruhiyyəsinə müsbət təsir göstərir. Dəstəmaz zamanı buruna alınan su həm burun dəliklərini mikroblardan təmizləyir, həm də qrip viruslarına yoluxmanın qarşısı alınır.

Dəridə, əsasən də hava ilə təmas edən nahiyələrdə – əllərdə, qulaqda, boyunda və s. nahiyələrdə olan mikroblar hər 3-4 saatda artıb çoxalır və yuyunan zaman mikroblardan təmizlənmə baş verir.


Dəstəmaz zamanı bədəndən uzaq bölgələrin – əllərin və ayaqların yuyulması dərialtı limfa və qanın dövranını sürətləndirir, onların dərialtına toplanmasına mane olur, bununla da qan və limfa damarlarının daha düzgün və nizamlı işləməsini təmin edir.

Bədənimiz hava ilə təmas etdikdə və sintetik tərkibli paltarlar geyindikdə daha çox elektriklənməyə məruz qalır. Bu zaman əsəbilik, səbirsizlik və dəri həssaslığı kimi hallar əmələ gəlir. Bəzən dəmir əşyaya toxunanda yüngül elektrik vurması kimi hal baş verir, bunun qarşısını almaq üçün gündə 4-5 dəfə əlləri və ayaqları yumaq lazımdır.

Alimlərin araşdırmalarına görə düzgün dəstəmaz alan insanların ürək, qan-damar və əsəb sistemləri daha yaxşı çalışır. Fizuli Hüseynov





Xəbəri paylaş

1418 dəfə oxunub.

Digər xəbərlər
13-04-2017, 13:14 ANS-dən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___