Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bizim dərdimizi kim çəkəcək? Ürəyimiz partlayır - Surxay Atakişiyev
Tarix: 21-05-2020 | Saat: 12:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma / Qarabağdan xəbər var | çapa göndər


Bu gün qondarma rejim Dağılq Qarabağda “inaqurasiya”  keçirir. Separatçıların yeni lideri taxta oturdulur. COVİD-19-un dünyada tüğyan etdiyi bir vaxtda belə ermənilər öz çirkin əməllərindən əl çəkmir. Bizsə heç nə olmamış kimi oturub gündəlik alverimizlə, dünya malı üçün davamızla məşğuluq. Ermənilərin növbəti oyunlarına Azərbaycan cəmiyyətinin reaksiyasını öyrənmək üçün son iki gündə elektron mediada araşdırma apardım. Nəticələr məni xeyli təəccübləndirdi. Rəsmi qurumlar bir yana, heç bir qeyri-hökümət təşkilatının hər hansı bir reaksiyasına da rast gəlmədim. Siyasi müxalifət susur, vətənpərvərlikdən, dövlətə, millətə sədaqətdən bağıra-bağıra danışan “ziyalı” eloktorat susur.
Hələ 125 deputatımızı demirəm. Hansı ki, bəzi deputatlarımız gündəmdə qalmaq üçün ən xırda məsələyə belə reaksiya verirlər. Bu həssas məsələ də isə tək bir deputatımızın səsi gəldi. Fəzail Ağamalının…
Baxmayaraq ki, deputatların ən azı 30 faizi Qarabağ kökənlidir.  Bu da onu göstərir ki, milli maraqları fərdi maraqlarımıza çoxdan qurban vermişik. İndi bizləri Qarabağ dərdi yox, qarın dərdi daha çox narahat edir. Ona görə də biz tək Qarabağ problemində deyil, çox məsələlərdə ermənilərə uduzuruq.
Bu sətirləri oxuyan bəzi “vətənpərvərlər” olsun ki, mənim fikrimlə razılaşmayacaq. Amma şeytan göz qabağındadır. Son 30 ilin təcrübəsi göstərir ki, ermənilər iş görür, hədəflərinə doğru addım-addım irəliləyir, bizlərsə ən yaxşı halda danışırıq. Çox vaxt danışmağa da ərinirik. Elə indi olduğu kimi. Paşinyan Qarabağın yolunu su yoluna döndərib. Həftə səkkiz Qarabağdadır. Axırıncı dəfə mayın 8-də Şuşaya gəldi. Yeyib-içib çıxıb geti. Amma biz yenə susduq.
Gözləmək olardı ki, Xarici İşlər Nazirliyi Minsk qrupunun həmsədr ölkələrinin ölkəmizdəki səfirlərini Nazirliyə çağırıb nəsə deyər. Amma bu da olmadı. Ümumiyyətlə, xarici siyasət idarəmizin Qarabağ problemi ilə bağlı sərgilədiyi mövqe hec cür anlaşılmır. Kvartalda bir dəfə həmsədr ölkələrinin nümayəndələri ilə görüşüb söhbətləşməklə nazir Elmar Məmmədyarov öz işini bitmiş hesab edir. Elmar müəllimi də kimsə tənqid edəndə bəzi ağzıgöyçəklər deyir ki, “Qarabağ probleminin həlli ilə Dövlətimizin Başçısı məşğuldur”. Bu fikrə heç bir şübhəmiz yoxdur.
Amma belə söz qəhrəmanlarına  xatırlatmaq istəyirəm ki, Qarabağ ümummilli məsələdir, hakimiyyətin problemi deyil. Ümummilli məsələyə isə hər kəs öz töhfəsini verməlidir. Respublika Prezidenti Qarabağ məsələsində hər zaman prinsipiallıq göstərib. Söyləyib ki, “biz problemi danışıqlar yolu ilə həll etməyə çalışırıq. Lakin müharibə yolu da gündəmdən çıxarılmayıb”. Sülh danışıqları isə xarici siyasətimizin prioritetidir. Lakin Xarici İşlər Nazirliyi bu məsələdə o qədər də prinsipiallıq göstərmir.
Hələ Dağlıq Qarabağın azərbaycanlı icmasını demirəm. Bu qurum yalnız təqvim günlərində danışır. Yəni ildə 7-8 dəfə. Vəssəlam…
Baxmayaraq ki, mövcud status-kvo bizi yox erməniləri qane etsə də, onlar əldə etdikləri ilə kifayətlənmir. Son vaxtlar ABŞ-dan gələn xoşagəlməz xəbərlər də dediyimin sübutudur. 4 senatın bəyanatı bədnam qonşularımızın “Böyük Ermənistan” yaratmaq  istəyi istiqamətində yorulmadan iş apardıqlarının göstəricisidir. Ona görə də bu günki “andiçmə”ni  bizlər nə qədər şou adlandırsaq da, əsl həqiqət belə deyil. Hər zaman olduğu kimi ermənilər yenə də bizdən bir addım irəlidədir. Onlar iş görür, bizlərsə ən yaxşı halda boş-boş danışırıq. Çox vaxt isə ermənilərin məqsədyönlü addımlarını görməzlikdən gəlirik. Çünki bizlərin çoxu ailəsini xalq, evini isə dövlət bilməkdə davam edir. Ermənistan və qondarma Qarabağ rejimi 30 ildir ki, erməni diasporunun maliyyə yardımı ilə ayaq üstə durur. Bəs bizim diasporumuz nə iş görür? Təbii ki, imkan düşdükcə sərvətlərini artırmaqla.
Hələ ölkəmizdəki siyasi partiyaları demirəm. Ümummilli məsələlərdə, o cümlədən Qarabağ məsələsində ən azı yekdil ola bilərik. Lakin onu da bacarmırıq. Çünki bütün baxış bucaqlarımız korporativ maraqlar üzərində qurulub. Biz nədənsə qonaqpərvər olmağı vətənpərvər olmaqdan hər zaman üstün tuturuq. Fikirləşirik ki, Vətənin təəssübün yalnız hakimiyyətdəkilər çəkməlidir.
Məhz belə bəsit yanaşmalarımız milli birliyimizi pozub və bizi zaman-zaman beynəlxalq dəstəkdən məhrum edib. Bu yerdə tanınmış telejurnalist Vladimir Poznerin Qafqaz xalqları haqqında dediklərini söyləməsəm, ürəyim partlayar. Təxminən 15 il qabaq müsahibələrinin birində Pozner müəllim demişdi ki, “mənim Bakıda da, Tbilisidə də, Yerevanda da çoxlu dostlarım var. Doğrudur, Bakıda mavi dalğaların qoynunda dostlarımla asatrin balığından dadıb Xəzəri seyr etmək gözəldir. Lakin mən Tbilisidə bir rəssamın “podval”dakı emalatxanasında oturub, “suxoy” çaxır içə-içə söhbət etməyə hər zaman üstünlük vermişəm”. Bax, bizim qonaqpərvərliyimizə verilən beynəlxalq qiymət budur. Bu yaxınlarda Vladimir Vladimiroviç yenə buna bənzər bir müsahibə vermişdi. Deməyim odur ki, mübariz və prinsipial olmayanla heç kim bir süfrədə oturmaq istəmir. Nə qədər varlı olsan belə….

 
Surxay Atakişiyev


Xəbəri paylaş

1 6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___