Lənkəranda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var.
Hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib.
Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb. Şahidlərin dediyinə görə basqın edənlər üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaq doldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yerdən xəsarət alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın etdi, xəsarət alan var
Tarix: 07-10-2021 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-10-2021 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2015, 20:01
Demet Akalin da oğurluq etdi... – FOTOLAR
24-06-2015, 18:26
“Eksponatları ilkin növbədə böyüklərdən qoruyuruq”.
15-03-2015, 11:45
Valentin Rasputin dünyasını dəyişdi
16-03-2017, 21:21
Sınaq imtahanları üçün ödəniş məbləği belə olacaq
6-03-2018, 17:25
Azərbaycanda nə qədər qadın yaşayır?
28-01-2016, 01:58
“Qarda yol nişanını görməyən sürücü cərimələnə bilərmi? - Video
14-02-2016, 22:32
Rusiyadan Türkiyənin Suriyanı vurmasına - Reaksiya
26-09-2022, 12:28
Lənkəranda dövlətə meydan oxuyan Hünər Hadızadə kimdir: İcra Hakimiyyəti və FHN-in HÜNƏRİ ÇATMIR?
17-01-2022, 10:43
Azərbaycanda 5 yaşlı uşağın öldüyü hadisənin DƏHŞƏTLİ TƏFƏRRÜATI
18-10-2017, 12:34
Qarabağ-Atletiko Madridə qarşı