Gəncə hadisələri ilə bağlı daha 1 terrorçu məhv edildi
Tarix: 21-07-2018 | Saat: 15:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən verilən birgə məlumata görəcinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. A. Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.
Hadisə yeri və meyitə baxış zamanı A. Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş
5688 dəfə oxunub.
Digər xəbərlər

26-08-2015, 19:19
Şimali Koreyada güclü sel- 40 ölü
15-11-2015, 23:06
"ATV Maqazin" verilişi bağlandı
7-07-2015, 22:36
Gənc görünmək istəyən Xanımlar oxusun! - ÜSULLAR
19-01-2016, 13:02
Rusiya Böyük Mason Lojasının Ali ustadı Azərbaycana müraciət etdi
5-09-2022, 11:29
Nazirlik hava ilə bağlı XƏBƏRDARLIQ etdi: Bu tarixdən etibarən...
10-01-2017, 16:36
Parodiyaçının arxiv fotoları yayıldı – fotolar
5-02-2018, 10:37
Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı - FOTO
30-05-2017, 17:38
Baş Prokurorluqdan Gözəl Bayramlı barədə RƏSMİ MƏLUMAT
12-05-2023, 09:27
Eşşək südü sağlamlıq üçün faydalıdırmı? - XALQ TƏBABƏTİNDƏ İSTİFADƏSİ
25-06-2023, 16:05
"Travmatologiya İnstitunda, travmalı idarəçilik"