Rusiya Böyük Mason Lojasının Ali ustadı Azərbaycana müraciət etdi
Tarix: 19-01-2016 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Rusiya Böyük Mason Lojasının Ali ustadı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.
Xeberaz.az-in XİN-ə istinadla verdiyi məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, Kommunist Sosial Ədalət Partiyasının sədri, Rusiya Böyük Mason Lojasının Ali ustadı Andrey Boqdanov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda A.Boqdanov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, A.Boqdanov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. A.Boqdanov həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
A.Boqdanovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
Xəbəri paylaş
9838 dəfə oxunub.
Digər xəbərlər

24-04-2016, 12:09
Bakının mərkəzində ağır qəza: qadın öldü
30-03-2018, 13:16
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA
11-05-2022, 10:54
Sumqayıtda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb
9-10-2017, 10:27
"ASAN xidmət" mərkəzlərində nağdsız ödəniş imkanı
13-03-2017, 11:48
Cavid Gül kamera qarşısında modellə öpüşdü - video
24-11-2016, 10:59
Dünyanın ən mükəmməl bədən quruluşuna malik olan qadını 17 və 37 yaşında - FOTOLAR
25-01-2016, 10:39
Sumqayıtda 15 yaşlı qız özünü dənizə atdı
3-08-2019, 20:52
“WhatsApp” və “instagram”ın adları dəyişdiriləcək
21-03-2017, 12:54
Millimizdə iki itki