Gənc görünmək istəyən Xanımlar oxusun! - ÜSULLAR
Tarix: 07-07-2015 | Saat: 22:36
Bölmə:Karusel / Qadınlar / M2 / Fotogalereya | çapa göndər
Qadınlar daim gözəl və yaşından gənc görünmək istəyirlər. Makiyajla isə buna nail olmaq mümkündür. Sadəcə kiçik hiylələrlə böyük nəticələr əldə edə bilərsiniz. Ailə.lent.az gənc görünməyin üsullarını təqdim edir.
Saçların uzunluğu. Gənc görünmək üçün ən optimal variant saç uzunluğunun çiyinlərdən aşağı düşməməsidir. Kəkilin olması adamı da bir neçə yaş gənc göstərir.
Doğru seçilməmiş dodaq boyası rəngi sizi yaşlı göstərə bilər. Qəhvəyi tonlarda boyalardan uzaq durmaq lazımdır. Tutqun tonlu boyalardan istifadə etməyin, onlar dodaqların xətlərini yeyir. Bunun əvəzinə krem rəngi, qidalandırıcı dodaq boyalarından istifadə edin. Dodaq parıldadıcıları dodaqlarınızı dolğun və daha cavan göstərəcək.
Gözlərinizin daha parlaq görünməsinə çalışın. Buruq kirpiklər bütün baxışları gözlərinizə çəkəcək. Tuj çəkdikdən sonra quruduğuna əmin olun və kirpiklərinizi burmağa çalışın.
Gözlərinizə karandaşla kölgə verməkdən çəkinməyin. Hətta ən kiçik gözlər belə iri görünür. Göz kölgələrindən və krem tərkibli ənlikdən istifadə edin. Quru dəri üçün krem tərkibli kölgələr və ənliklərdən istifadə etmək məsləhətdir.
Dişlərinizi ağartmağa cəhd edin.
Qaşların alınmasında xüsusilə diqqətli olun. 30 yaşdan sonra qaşlar əvvəlki kimi tez uzanmır.
Yuxusuz qalmayın. Yuxusuz qalmaq qədər sizi qocalda biləcək çox az şey ola bilər. Gözlər şişir, dəri yorğun görünür və üz sallanır. Sağlam, tam yuxunu unutmayın və gözəl olun.
Duruşunuza diqqət edin. Duruşu ilə sizin diqqətinizi cəlb edən bütün xanımları xatırlayın. Onlar hər zaman onurğalarını dik saxlayır və özlərinə əmin görünürlər. Bu, sadəcə 5 kq arıq görünmənizə deyil, eyni zamanda 5 yaş daha cavan görünmənizə yardımçı olacaq.
Bir çox qadın etiraf edir ki, evdən bəzənməmiş çıxmır. Hətta minimum olaraq tuj və dodaq boyasından istifadə edirlər. Araşdırmalar göstərir ki, kişilər sevdikləri xanımın bəzənməsini sevmirlər. Ona görə də saatlarla güzgü qarşısında kosmetikanın əbəs yerə istifadəsi kimsəyə lazım deyil. Banqora Universitetinin alimləri sübut ediblər ki, makiyaj sadəcə qadını təbii gözəllikdən və cazibədarlıqdan məhrum edir. Təbii dəri rəngi, boyanmamış gözlər və dodaqlar isə həqiqətən cazibədar görünür.
Xəbəri paylaş
7818 dəfə oxunub.
Digər xəbərlər

27-08-2020, 18:08
Təhsil haqqı üçün tələbəyə güzəşt ediləcək? - AÇIQLAMA
6-06-2016, 22:10
Rusiya Yanukoviçi qaytarmır
8-08-2019, 16:15
Dilqəm Əsgərovun oğlundan Füzuli Məmmədova MÜRACİƏT -“Sizin Rusiyada əlaqələriniz çox güclüdür”
25-01-2016, 12:09
İnternetdə qızının çılpaq şəkillərini gördü, elə döydü ki... - VİDEO
2-05-2022, 13:06
Bakı küçələrində ilanlar insanları qorxudur - VİDEO
29-11-2017, 18:26
Tarkan həyat yoldaşını klipinə çəkəcək
6-11-2017, 14:25
Sürücülərə şad xəbər: Bu cərimə qanunvericilikdən çıxarılır
22-07-2016, 14:55
15 yaşlı qızını öldürən ata - “Qızım dedi ki, vurma” – FOTO
12-05-2015, 23:37
Çinli milyarder 6,5 min işçisini Fransaya istirahətə aparıb.-FOTO
19-10-2021, 08:44
Çayın içindən keçib məktəbə gedirdilər, köməyə ordumuz çatdı - FOTO