Nişanlısı qaçan bəyin atası: “Borc içində ölürəm”
Tarix: 23-09-2016 | Saat: 15:36
Bölmə:Karusel / Hadisə | çapa göndər
“Qız evinə xəbər göndərmişəm ki, toya çəkdiyim xərci geri qaytarsın. Bu, mənim tələbimdir”.
Bunu toya bir gün qalmış nişanlısı qoşulub qaçan oğlanın atası, İsmayıllı rayon Topçu kənd sakini C.M. bildirib.
O, hüquq-mühafizə orqanlarına şikayət etmək fikrində olmadığını deyib: “Artıq mənə və oğluma olan olub. Çox pis vəziyyətdəyəm. Toya xərc çəkmişəm. Bununla bağlı qız evinə xəbər göndərmişəm ki, çəkilən xərci geri qaytarsın. Amma hələ gəlib çıxmayıblar. Düzü çox imkansız ailədir, kasıb adamlardır, bilmirəm pulu verə biləcəklər ya yox. Amma demişəm ki, çəkdiyim xərcin yarısını versinlər ki, borcumun yarısını azalda bilim. Borcun içində ölürəm. Həm də xəbər göndərmişəm ki, nəyiniz varsa, gəlin aparın. Qaytardığımız ancaq gəlinə apardığımız qızıllardır, vəssalam”.
C.M. qeyd edib ki, oğlu nişanlı olduğu müddətdə qızın başqasını sevdiyindən xəbəri olmayıb: “Biz onlarla qohumuq. Oğlan da tez-tez gedib gəlib, telefonla danışıb. Toya bir gün qalmış qız qaçıb”.
Qeyd edək ki, Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsi olub. (aznews.az)
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

11-04-2022, 14:31
Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarılacaq
25-05-2017, 14:48
Mançester terrorçusu partlayışa belə hazırlaşıb - REAL VİDEO
14-06-2015, 18:03
Xalq artisti Aygün Kazımova Gürcüstanda klip çəkdirir.(VİDEO)
14-04-2015, 02:02
"Şirin zəhər"in tarixi
1-04-2016, 12:29
Ağstafadakı dəhşətli qətlin təffərrüatı: 6 yaşlı övladını öldürən ata tutuldu (ÖZƏL)
28-03-2015, 17:52
Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə malik olan milyarder Mübariz Mənsimovun şirkəti
14-02-2018, 18:18
Bakıda məktəbdə müəllimin vərəmə yoluxduğu təsdiqlənib - RƏSMİ
4-04-2016, 17:20
Qarabağdan Yerevana yüzlərlə yaralı aparılıb
3-09-2021, 11:30
“Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu: - Mikayıl Cabbarova çağırış edildi...