Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Şirin zəhər"in tarixi
Tarix: 14-04-2015 | Saat: 02:02
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

"Şirin zəhər"in tarixi

Dünyada bir çox insanların həyatında ayrılmaz hissəyə çevrilən siqaret üzərində də yazıldığı kimi səhhətimiz üçün zərərlidir.

Xeberaz.az olaraq siqaretin yaranması tarixi haqqında topladığımız məlumatları sizinlə bölüşürük.

Siqaret (fr. cigarette - kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə - uzunluğu 84 mm, diametri 7-8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd (10-25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər) olmaqla kiçik qutularda buraxılır.Siqaret kağızının əksəriyyəti kətandanhazırlanır. Onun tərkibinin 20-30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir.

İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853-1856) sonra yayılmağa başlayıb. Türk və rus əsgərləri siqareti barıtın kağız gilizinə büküb çəkirdilər. Daha sonra bu adət ingilis və fransız əsgərləri arasında yayıldı. Avropada ilk siqaret fabrikiLondonda inşa olunub.1880-ci illərdə ABŞ-da siqaret istehsalı üçün nəzərdə tutulan ilk cihazlar yaradıldı. Siqaretlerin istehsalında yeni növ tütünlərdən (məsələn, "Ağ Berli") istifadə olunurdu. Bu siqaretlər filtirsiz istehsal olunub və papirosuxatırladıb.İlk dəfə asbest filtirli siqaretlər tanınmış "Kent" markası tərəfindən İngiltərədə istehsal olunub. Daha sonra təkmilləşərək müasir filtir növləri yaradılıb. Yeni filtirlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılıb.1847-ci ildə əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olan məşhur Philip Morrisşirkətinin əsası qoyuldu. 1902-ci ildə Nyu-Yorkda nümayəndəliyini yaratdıqdan sonramarketinqlə məşğul olmuş və Marlborosiqaretlərinin istehsalına başlamışdı. Siqaretlər əksəriyyət tərəfindən istifadə olunmağa başlanılır və 1913-cü ildə R.J.Reynolds şirkəti "Camel" siqaretlərinin istehsalına başlayır.1920-ci ildə təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başladılar. 1939-cu ildəAmerican Tobacco Company yeni marka -Pall Mall siqaretləri buraxır (bundan sonraABŞ-ın ən böyük tütün şirkətinə çevrilir). Reynolds Winston filtirli yeni marka siqaretlərinin istehsalına başlayır.1940-1950-ci illər siqaret təsərrüfatının "qızıl" illəri hesab olunur.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___