Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağstafadakı dəhşətli qətlin təffərrüatı: 6 yaşlı övladını öldürən ata tutuldu (ÖZƏL)
Tarix: 01-04-2016 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ağstafadakı dəhşətli qətlin təffərrüatı: 6 yaşlı övladını öldürən ata tutuldu (ÖZƏL)

Martın 31-də Ağstafada baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Musavat.com 6 yaşlı uşağın atası tərəfindən döyülərək öldürülməsi ilə bağlı yeni məlumatlar əldə edib.

Ağstafa rayon Qırlı kəndində 6 yaşlı Şəmsəddini taxta ilə döyərək öldürən şəxs 1979-cu il təvəllüdlü Pərvanəyev Famil Şəmistan oğlu martın 31-də axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.

Famil Pərvanəyev dünən axsam saatlarında 6 yaşlı Şəmsəddini taxta ilə döyərək bədən xəsarətləri yetirib. Uşağın vəziyyəti ağırlaşdığından təcili tibbi yardım çağırılıb. Həkimlər gəldiyində isə artıq uşaq dünyasını dəyişibmiş

Əldə etdiyimiz məlumata görə, Famil Pərvanəyev Qazax rayon sakinidir. Döyərək öldürüdüyü 6 yaşlı Şəmsəddin onun ikinci- qeyri-rəsmi nikahda olduğu xanımından olan övladıdır. Onun ikinci evliliyindən 4 yaşlı qızı da var.

F.Pərvanəyevin birinci, rəsmi nikahda olduğu xanımı Qazax rayonunda yaşayır. Həmin xanımdan da iki övladı var.

Hadisə baş verən ev F.Pərvanəyevin qeyri-rəsmi nikahda olduğu ikinci xanımının ata evi olub. Onlar bayram ərəfəsində Qırlı kəndinə gəliblər. Bundan əvvəl isə Qazaxda daha sonra isə Bakıda yaşayıblar.

Hadisə baş verdikdən sonra Famil Pərvanəyev evdən qaçmayıb. Təcili yardım çağırılanda uşağın öldüyü məlum olub. Hadisə yerinə polis əməkdaşları gəlib. Ağstafa Rayon Polis İdarəsinin rəisi və Ağstafa rayon prokuroru hadisə yerinə gəlib. İlkin araşdırma zamanı Famil Pərvanəyevin uşağı taxta ilə döydüyü məlum olub və o saxlanılaraq Polis İdarəsinə aparılıb.

6 yaşlı Şəmsəddin bu bu gün dəfn edilib.

İlkin Muradov
Musavat.com


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___