Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı qaydası müəyyən edilib.
Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Qaydaya əsasən, mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçirilir.
Satış elanı satışın başlanması tarixinə azı 15 gün qalmış verilməlidir.
Satış elanında aşağıdakı məlumatlar göstərilməlidir:
- mənzillərin satışının başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat;
- mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış haqqında məlumat.
Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçmiş şəxsin elektron kabinetində mənzilin seçilmə vaxtı, seçilmiş mənzili digər şəxslərin seçmək imkanının məhdudlaşdırılması, eləcə də mənzilin seçildiyi vaxtdan etibarən 10 (on) gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdirilir.
Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ vardır.
Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarılacaq
Tarix: 11-04-2022 | Saat: 14:31
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
3968 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-04-2022 | Saat: 14:31
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
16-07-2018, 18:35
"Həyatımda layiqli biri olanda..."-Könül
25-08-2015, 15:38
Vasif Talıbov 700 bal toplayan tələbəyə pul verdi - FOTO
8-04-2017, 20:03
NASA açıqladı: Nəhəng meteroid yaxınlaşır
10-05-2016, 17:21
Bura tarla deyil - Ərdoğan
6-02-2017, 22:22
"Əlində qarpız hamamdan çıxdı, düşündüm arvadımla..." - Şəmkirdəki cinayətin TƏFƏRRÜATI
27-05-2017, 12:47
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxıldı
9-01-2021, 14:57
Bakıda şəhid ailəsinə təzyiq göstərilib? - DİN-dən AÇIQLAMA
21-09-2018, 19:12
Bakıda tutulan manyak: "Mini ətəkdə qadın görəndə qucaqlayıram"