Almaniyalı deputat ermənilərin Füzulidəki vəhşiliyi ilə bağlı bəyanat verib
Tarix: 07-07-2017 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinq erməni vəhşiliyi nəticəsind Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq bəyanatla çıxış edib.
Apa-nın məlumatına görə, bəyanatda bildirilir ki, almaniyalı deputatlar bu kədərli xəbərdən təəssüf hissi keçiriblər.
Qeyd olunur ki, S. Quliyeva və nəvəsi bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar: “Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır”.
O. Quttinq tərəfləri dinc əhali arasında ölüm hallarına yönəlmiş hücumları dayandırmağa, atəşkəs rejiminə riayət eyməyə və sülh danışıqları aparmağa çağırıb. Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq: “Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması dinc əhali arasında ölüm hallarının qarşısını ala, sülh prosesinin inkişaf etməsinə zəmin yarada bilər”.
Xəbəri paylaş
5608 dəfə oxunub.
Digər xəbərlər

20-09-2016, 23:50
Boşanmaq istəmirsinizsə, bu yazını OXUYUN
28-12-2015, 16:57
Dollar kreditləri ilə bağlı – YENİ MƏLUMAT
12-06-2015, 15:59
Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində ciddi məsələlər müzakirə ediləcək
18-06-2016, 13:08
Bu şagirdlər buraxılış imtahanından azad olundu
23-08-2021, 11:00
Əfqan qaçqınlar Bakıya axışacaq?
22-02-2016, 15:36
İlham Əliyev: “Azərbaycan erməni terror dalğasından ciddi əziyyət çəkib”
20-04-2015, 12:52
İŞİD - 30 efiop xristianın öldürülməsiylə bağlı video yayıb-VİDEO
6-04-2018, 10:32
Beyləqanda qadını tamah məqsədilə qətlə yetirən şəxs tutuldu
25-03-2017, 23:01
ƏMƏKDAR ARTİSTİN TƏLƏBƏSİ UZUN İLLİK SUSQUNLUĞUNU POZACAQ – FOTO+VİDEO
20-10-2023, 20:00
Ödənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar