Keçmiş arvadını öncə bıçaqlayıb, sonra boğdu
Tarix: 27-08-2015 | Saat: 21:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öncə bıçaqlayıb, sonra küçədə boğub öldürən 1989-cu il təvəllüdlü Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Elşən Mehdiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 12-də Suraxanı rayonu ərazisində, "Zığ bağları" adlanan yaşayış məntəqəsində baş verib.
1989-cu il təvəllüdlü Mehdiyev Elşən İlqar oğlu keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Salmanova İntima Bandit qızını amansızlıqla qətlə yetirib. Elşən Mehdiyevlə İntima Salmanova boşanıblar və qadın atasının evinə gedib. Dekabrın 12-də ər və arvad görüşüb. Onlar "Zığ bağları" massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib.
Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub.“Qafqazinfo”
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

30-12-2016, 01:27
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
4-04-2018, 20:28
İsmayıllıda dəhşət: Bərbərə işgəncə verib videoya çəkdilər - FOTO
14-11-2020, 13:55
Rusiyadan Qarabağda atəşkəs rejimi ilə bağlı AÇIQLAMA
16-08-2017, 14:46
Azərbaycan polisindən növbəti nümunəvi addım-SUMQAYITDA+foto
19-04-2022, 20:42
Xətai " meri" Rafiq Quliyev Prezidentin Qanunsuz tikililərə qarşı verdiyi tapşırığı heç sayır!
21-10-2015, 17:26
Con Kerri Avropa və Orta Şərqə səfərə çıxır
17-05-2016, 22:06
Vyana görüşündə Azərbaycan nə qazandı? Rəsmi Bakı münaqişənin həllində bir addım öndə (Bizim şərh)
16-05-2017, 11:57
Bakı Şəhər Prokurorluğunda YENİ TƏYİNATLAR
6-06-2017, 12:54
"Vulqar ifadələr var idi…" - MTRŞ-dən "Maşın" şou açıqlaması - FOTO