"Vulqar ifadələr var idi…" - MTRŞ-dən "Maşın" şou açıqlaması - FOTO
Tarix: 06-06-2017 | Saat: 12:54
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt | çapa göndər
"Maşın" realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə gündəmi zəbt edib.
İştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tez müzakirələrə səbəb olub.
Onlar tanınmışların vulqar danışmasını, əsəbilərini cilovlaya bilmədiklərini xüsusi qeyd edərək ulduzları tənqid atəşinə tutublar.
Buna Səidə Sultan- Pərvin Abıyeva, Təranə Qumral, Sərxan Kərəmoğlu, Kənan Mahmudov-Nadir Qafarzadə qalmaqallarını misal çəkə bilərik.
MTRŞ-nin Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov səs-küylü proqramdakı qalmaqallara münasibət bildirib:
"Bütün verilişlər tərəfimizdən monitorinq nəzarətindədir. O cümlədən "Maşın" şou... Bu şou artıq 10 ildən çoxdur ki, Azərbaycanın efir məkanındadır. Müxtəlif TV-lərin efirində yayımlanıb. Hər dəfə də müəyyən müzakirələr olub. Bu dəfə isə şou ətrafında xüsusilə müzakirələr aparılır. Bu isə, əsasən, sosial şəbəkələrin geniş yayılması ilə əlaqədardır. Tamaşaçılar şou ilə bağlı təəssüratlarını sosial şəbəkələr vasitəsilə çatdırırlar. Bu isə medianın da diqqətini çəkir. Bütün bunlar normaldır. Qeyd edim ki, realiti şou olduğu üçün burada baş verənlər dinamikliyi, canlılığı ilə diqqət cəlb eləyir. İştirakçılar arasında müəyyən gərginliklər olur. Bu isə realiti şounun xarakterindən irəli gəlir. Hələ ki, şou ilə bağlı ciddi problem yoxdur.
Realiti şoular bu gün dünya TV-lərin proqram setkalarında mühüm yer tutur. Lakin bununla yanaşı, hər bir verilişdə, şouda qanunvericiliyin tələblərinə, milli-mənəvi dəyərlərə riayət olunmalıdır. Maşın şou-da bir neçə dəfə iştirakçılar arasında müəyyən xoşagəlməz halların yaşandığı hiss olunsa da, efirdə qeyri -etik ifadələrin səslənməsi halına rast gəlinməyib. Bizim üçün, tamaşaçı üçün əsas odur ki, efirdə qeyri-etik ifadələr, səhnələr olmasın.
Dünənki buraxılışa gəldikdə, deyim ki, müəyyən vulqar ifadələr var idi, lakin həmin ifadələrin saat 23.00-dan sonraya təsadüf etdiyini nəzərə alsaq, bunu qanun pozuntusu olaraq qeydə almadıq. "Maşın" şounu, digər verilişlər kimi, qanunvericiliyin tələbləri prizmasından izləyirik, inanırıq ki, şou bitənədək ciddi qanun pozuntusuna yol verilməyəcək".(qafqazinfo)
Xəbəri paylaş
1 3988 dəfə oxunub.
Digər xəbərlər

15-11-2021, 13:13
Fotoşoplu şəkillərinə görə lağa qoyuldu
9-06-2015, 22:08
Ledi Qaqa təşkil olunan gecəyə bu geyimdə gəldi (FOTO)
3-05-2016, 15:25
Huşsuz tapılan qadın vəfat etdi
20-01-2023, 11:14
Qardaş hamilə bacısını öncə döydü, sonra bıçaqladı
9-06-2018, 10:40
Atəşkəs 90 dəfə pozulub
25-04-2023, 11:13
Pensiya və müavinətlər yenidən artacaq? - SEVİNDİRİCİ AÇIQLAMA - VİDEO
29-03-2017, 20:43
"Şəhərdə bir neçə evim, Qəbələdə villam, İçərişəhərdə obyektim..." - Xoşqədəm Hidayətqızı
20-05-2015, 15:18
Abutalıbov: Ağlama, qurban olum... - VİDEO
31-05-2022, 11:11
14 yaşlı qızını öldürən ana niyə əfv edildi? - AÇIQLAMA
31-07-2021, 02:27
İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib