Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keçmiş arvadını öncə bıçaqlayıb, sonra boğdu
Tarix: 27-08-2015 | Saat: 21:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Keçmiş arvadını öncə bıçaqlayıb, sonra boğdu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öncə bıçaqlayıb, sonra küçədə boğub öldürən 1989-cu il təvəllüdlü Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Elşən Mehdiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 12-də Suraxanı rayonu ərazisində, "Zığ bağları" adlanan yaşayış məntəqəsində baş verib.

1989-cu il təvəllüdlü Mehdiyev Elşən İlqar oğlu keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Salmanova İntima Bandit qızını amansızlıqla qətlə yetirib. Elşən Mehdiyevlə İntima Salmanova boşanıblar və qadın atasının evinə gedib. Dekabrın 12-də ər və arvad görüşüb. Onlar "Zığ bağları" massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib.

Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub.“Qafqazinfo”


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___