Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsmayıllıda dəhşət: Bərbərə işgəncə verib videoya çəkdilər - FOTO
Tarix: 4-04-2018, 20:28 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Hadisə 7 ay əvvəl Lahıc qəsəbəsində baş verib.
Xəbəraz.Az ölkə.az-a istinadən xəbər verir ki, Lahıc qəsəbəsində yaşayan bir neçə nəfər bərbəri iş yerində döyüb, sonra isə başına təbii ehtiyaclarını ödəyiblər. Bununla da hirsi soyumayan şəxslər ''şikarları'' üzərində seksual xarakterli hərəkətlər ediblər.
İsmayıllı rayon Polis Şöbəsindən bildirilib ki, tərəflər arasında qarşılıqlı münaqişə olub. Münaqişə zamanı xoşagəlməz hadisə baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə bir nəfər təqsirləndirilir. 
Zərərçəkmiş şəxsin yaxınları iddia edir ki, işi araşdıran müstəntiq Rasim Məmmədov bərbərə qarşı haqsızlıq edib. İstintaq zamanı 9-10 nəfəri məsuliyyətə cəlb etmək əvəzinə, bütün günahları zərərçəkmiş şəxsə tərəf çeviriblər. Bu isə haqsızlıqdır və müstəntiqin qərarı vəziyyəti daha da qızışdıracaq.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, baş verən hadisədə iki tərəf var. Onlardan biri Lahıc qəsəbəsinə bitişik Ərəgid kəndindən olan yetkinlik yaşına çatmayan ruhi xəstə, digəri isə bərbərdir.  
Rəis müavininin sözlərinə görə, xoşagəlməz hadisə ötən il oktyabrın 3-də baş verib: 
''Ruhi xəstə saçını qırxdırmaq üçün bərbərxanaya gəlib. Həmin bərbər də ona qarşı əxlaqsızlıq edib. Bundan sonra məsələ daha da böyüyüb. Sonra əxlaqsızlığa məruz qalmış ruhi xəstənin valideynləri və qardaşı bərbərə hücum edərək onu döyürlər, sonra isə əvəz çıxmaq üçün bərbərə qarşı əxlaqsız hərəkətlər ediblər. Qarşılıqlı şəkildə tərəflər bir-birinə qarşı əxlaqsız hərəkətlər ediblər. Hər iki faktla bağlı ayrı-ayrılıqda cinayət işi başlanıb, istintaq aparılır. Fərq odur ki, ruhi xəstəyə qarşı edilən əxlaqsızlıqla bağlı cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. İkinci işlə bağlı isə istintaq hərəkətləri aparılır". 
Videoda əxlaqsızlığa məruz qalan şəxsin qardaşı Dəyanət Səmədov açıqlamasında bildirib ki, videoda cəyəran edən əməl iki bərbərxananın üstündə baş verib.
Onun sözlərinə görə, Lahıc qəsəbəsində yan-yana iki bərbərxana var. Həmin bərbərxanalardan biri qardaşı Ədalət Səmədova, digəri isə Namiq adlı şəxsə məxsusdur. Bütün baş verən iyrənc cinayətlər də məhz Namiq adlı şəxsin ruhi xəstəni yalandan öyrətməsindən başlayıb:
''Namiq ruhi xəstəyə deyib ki, yalandan Ədalətin üzünə dürsun ki, guya onun başını qırxan zaman ona qarşı əxlaqsızlıq edib. Həmin xəstə uşaq da Namiqin dediyi məsələ ilə bağlı gedib evdə atasına deyib. Bundan sonra ata və qardaş Ədalətin bərbərxanasına gələrək ona işgəncə veriblər. Qardaşıma işgəncəni ötən ilin oktyabrında veriblər. Amma ruhi xəstə sonuncu dəfə qardaşımın bərbərxanasında iyun ayında olub. Bütün bərbərxana qan içərisində idi. Qardaşıma qarşı çox amansızlıq ediblər. Onlar 9 nəfər olublar''.
D.Səmədov əlavə etdi ki, onda qardaşına qarşı edilən əxlaqsılığın geniş videosu var və lazım gələrsə, ictimailəşdirəcək: 
''Bu məsələdə düşmənçilik var. Bu işləri məqsədli şəkildə ediblər. Hətta ruhi xəstənin atası da sonradan üzürxahlıq etsə də, mən bu işin axırına qədər gedəcəm. Hadisə baş verən gün 102 xidmətinə də məlumat vermişik. Amma bir polis belə gəlmədi. Qardaşımı elə günə qoymuşdular ki... İndi də müstəntiq işi qardaşımın əleyhinə çevirib. Qanı qanla yuyacam. Lazım gəlsə müstəntiqin də başını kəsəcəm. Niyə gəlib kamera görüntülərini açmır?''



255 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
1-05-2016, 21:36 "Qarabağ" çempion oldu

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
____ Instagram ___