Səfərbərlik xəbərinə aydınlıq gətirildi – Rəsmi
Tarix: 04-05-2016 | Saat: 12:51
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səfərbərlik elan olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Xidmətdən Axar.az-a verilən məlumatda qeyd olunur ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən tənzimlənir.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.
Səfərbərliyin elan olunması barədə yayılan məlumatlarla bağlı bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılır. Hazırda aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, ehtiyat resursların (insan və nəqliyyat) dəqiqləşdirilməsi və yoxlanılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir.
Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar".
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

7-01-2016, 13:59
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO
22-09-2023, 10:54
Bakıda FACİƏ: banka bağlayan qadın sirkə içib öldü
4-03-2022, 10:11
Çarpayınızın yanında mixək sancılmış limon qoyun - İnanılmaz faydası
10-08-2017, 23:12
Qırmızı ehtiraslar rəngidir - SİZ HANSI RƏNGİ SEVİRSİNİZ?
9-10-2017, 15:48
“İndi sevgi məktubları əvəzinə cərimə məktubları yazılır” - Xanım poçtalyonla MÜSAHİBƏ
4-01-2016, 16:43
Yaponiya Rusiyanı sülh sazişi üçün danışıqlara çağırır
21-06-2017, 12:39
Aprel döyüşlərində yaralanan hərbçi ilə bağlı açıqlama - “Türkiyəyə göndərilir...”
27-12-2018, 10:51
Bakıda kütləvi dava, 19 yaşlı oğlan bıçaqlandı