Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aprel döyüşlərində yaralanan hərbçi ilə bağlı açıqlama - “Türkiyəyə göndərilir...”
Tarix: 21-06-2017 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aprel döyüşlərində yaralanan hərbçi ilə bağlı açıqlama

Aprel döyüşlərində yaralanan hərbi qulluqçu, İsmayıllı rayon sakini Ağayev Yaşar Təvvəkkül oğlu müalicə üçün Türkiyəyə göndəriləcək. 
"Xəbəraz.Az" xəbər verir ki, bu barədə azvision.az-a İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, Y.Ağayev Türkiyədə əməliyyat olunacaq.
“Yaşarın müalicə olunduğu hospitalla əlaqə saxladım. Bildirdlər ki, onun birinci əməliyyatı başa çatıb. Artıq ikinci əməliyyata hazırlıq görülür. Əməliyyata hazılıq başa çatdıqdan sonra onu Türkiyəyə göndərəklər. Əməliyyat Türkiyədə baş tutacaq. 
Həkimlər, həmçinin bildirdilər ki, Yaşarın Türkiyədə baş tutacaq əməliyyatı onun yaddaşı ilə bağlıdır. İsmayıllı Rayon İcra Hakimiyyəti olaraq biz hər zaman ona və ailəsinə dəstək olmağa hazırıq”-, R.Ağayev bildirib.
Qeyd edək ki, 28 yaşlı Y.Ağayev aprel döyüşlərində baş nahiyyəsindən güllə yarası alıb. Sosial şəbəkələrdə onun müalicəsinin gecikməsi ilə bağlı müxtəlif məlumatlar yayılmışdı.


Xəbəri paylaş

7708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___