Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 14 yaşlı qızını boğaraq öldürən qadının şikayəti əsasında məhkəmə başlayıb
Tarix: 13-04-2017 | Saat: 11:48
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda 14 yaşlı qızını boğaraq öldürən qadının şikayəti əsasında məhkəmə başlayıb


Bakı Apellyasiya Məhkəməsində 14 yaşlı qızını boğaraq öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Xəbəraz.az ""Report"a istinadən xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Z.Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı xahiş edib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Z.Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb.

Z.Cəfərova Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Cəfərova 11 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___