Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaponiya Rusiyanı sülh sazişi üçün danışıqlara çağırır
Tarix: 04-01-2016 | Saat: 16:43
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər

Yaponiya Rusiyanı sülh sazişi üçün danışıqlara çağırır
Yaponiyanın baş naziri Shinzo Abe Rusiya prezidenti Vladimir Putini iki ölkə arasında sülh sazişi üçün danışıqlar aparmağa çağırıb.
İki ölkə arasında İkinci Dünya Müharibəsi bitəndən sonra dörd ada üzərində mübahisəyə görə heç vaxt sülh sazişi imzalanmayıb.
Cənab Abe jurnalistlərə açıqlamasına görə, hər iki lider etiraf edib ki, 70 ildir belə bir sənədin olmaması "qeyri-normaldır".
"Amma yüksək səviyyədə görüşlər keçirilmədən şimal ərazilərin problemini həll etmək mümkün deyil," o bildirib.
O əlavə edib ki, "imkan yarandıqca" Cənab Putinlə müzakirələri davam etdirəcək.
Shinzo Abe 2012-ci ildə vəzifəyə gəldikdən sonra Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışır.
Keçmiş Sovet İttifaqı 1945-ci ildə Yaponiyanın özünün şimal əraziləri adlandırdığı bir neçə adanı zəbt edib. Rusiya onları Cənub Kuril Adaları çağırır.
İki ölkə lideri məsələni axırıncı dəfə 2013-ci ildə müzakirə edib.
Yaponiya və Rusiya arasında diplomatik münasibətlər 1956-cı ildə qurulub.
Mübahisəli adalar şəbəkəsi şimali Sakit Okean boyunca Yaponiyanın Hokkaydo adasından Rusiyanın Kamçatka Yarımadasının cənub ucuna qədər uzanır.


Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___