Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən 6 yaşlı Nuray niyə həkimə APARILMIR?
Tarix: 17-07-2022 | Saat: 12:34
Bölmə:Karusel / Hadisə / Gündəm | çapa göndər



Xətai rayonu 3 saylı Uşaq evində dəhşətli faktlar ortaya çıxıb. İddia olunur ki, Uşaq Evində böyüyən uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlılqar Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.Bu iddialarla Bizim.Media-ya hazırda 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva çıxış edib. Onun sözlərinə görə uşaqlara qarşı olunan haqsızlıqlara artıq göz yuma bilmədiyi üçün məsələnin ictimailəşməsinə qərar verib.

Gülcan Nağıyeva iddiaları ilə bağlı Bizim.Media-ya görüntülər təqdim edib.

Həmin görüntülərdən birində 6 yaşlı Nurayın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb.

İyulun 13-də işə gələndə Nurayın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq evində nə həkim, nə də tibb bacısı tapa bilib.

Nurayın hələ də həkim nəzarətinə götürülmədiyindən gileylənən Gülcan Nağıyeva onun digər uşaqlarla təmasda olmasından narahatlığını ifadə edib:

“Bilirsiz ki, indi təhlükəli vəziyyətdir. Virusların təmasdan birbaşa yayıldığı vaxtda Nurayın hələ də kollektivdən təcrid olunmaması, həkim müayinəsindən keçməməsi düzgün deyil. Bu qədər etinasız münasibət olar? O uşaqlara ürəyim ağrıyır. Özüm də həmin uşaq evində böyümüşəm. Nələr çəkdiklərini bilirəm. Fürsət düşdükcə hamısına analıq edirəm. 4 gündür Nuray səpib, qızdırması var, amma uşaqla maraqlanan yoxdur. Məhbubə Hüseynova illərdir ki, Uşaq evində “at oynadır”. Dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”, deyə Gülcan Nağıyeva əlavə edib.

Məsələ ilə bağlı Məhbubə Hüseynova ilə də əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında barəsində deyilənlərin əsassız olduğunu deyib:

“Respublikada bu dəqiqə suçiçəyi yayılıb. Şəxsən mənim öz uşaqlarım da suçiçəyinə yoluxub. Necə oldu ki, “detdom”da bütün uşaqlar suçiçəyi oldu, bir dənə o uşağa baxmadıq? Uşaqların heç birində ləkə də qalmayıb.

Ölkə bu gün bu gündədir. Uşaq evində 3 tibb işçisi və bir həkim var. Qızdırması olana hərarət dərmanı verilir, səpintilərə isə krem çəkilir”, deyə Uşaq evinin rəhbəri qeyd edib.

Qeyd edək ki, Gülcan Nağıyeva 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən qurbanlıq ətlərin müəssisədən avtomobilinəə daşınmasını əks etsirən görüntülər təqdim edib. Bununla bağlı görüntüləri növbəti sayımızda təqdim edəcəyik.




Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
1-05-2016, 21:36 "Qarabağ" çempion oldu
6-05-2016, 23:46 Qapılara qol vurulmadı

bütün xəbərlər
____ Instagram ___