Ziya Məmmədov Xızıda vətəndaşları qəbul etdi – FOTO
Tarix: 18-12-2015 | Saat: 12:53
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.
Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov dekabrın 18-də Xızıda qəbul keçirib.
Xeberaz.az xəbər verir ki, nazir Ziya Məmmədov Abşeron, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.
Müraciətlər əsasən, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 26-cı km-də piyada keçidinin inşası, Abşeronun Hökməli kəndində 2 km uzunluğunda avtomobil yolunda cari təmir işlərinin aparılması, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 56-cı km-dən ayrılan və Yeni Yaşma kəndinə aparan yolun əsaslı təmiri, Xızının Giləzi qəsəbəsində, Sitalçay və Yeni Yaşma kəndlərində dayanacaqların qurulması, Bakı-Xızı-Bakı marşrutu üzrə orta tutumlu yeni avtobusların hərəkətinin təşkili, Abşeronun Masazır qəsəbəsində yeni salınmış və 3 min nəfərin yaşadığı yaşayış massivindən Xırdalan şəhərinə birbaşa marşrut xəttinin açılması və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Bundan başqa, görüş zamanı vətəndaşlar yol-nəqliyyat sistemində görülmüş işlərlə bağlı minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.
Xəbəri paylaş
5758 dəfə oxunub.
Digər xəbərlər

6-05-2021, 21:01
Toylarla bağlı YENİ XƏBƏR: Yoluxma azalır və... - VİDEO
10-03-2017, 20:05
Məşhur cütlük nişanlandıqdan sonra ilk dəfə - Fotolar
21-02-2016, 22:24
Üç göyərçinin hekayəsi. (Dini Hekayə)
7-12-2018, 11:07
Əməliyyatdan çıxan Qənirə Paşayeva Bakıya qayıtdı
1-07-2016, 21:44
İstanbul teraktı ilə bağlı 17 xarici vətəndaş saxlanıldı
16-04-2019, 20:01
Qələndər Canbaxışov səhv əməliyat etdi,şikəst qaldım- Əməkdar həkimə qarşı ŞOK İTTİHAM
13-01-2022, 08:53
Bəzi yerlərdə qar yağacaq - Bu günün HAVASI
3-06-2021, 10:55
Xalq artisti infarkt keçirdi, vəziyyəti ağırdır
5-02-2022, 13:53
Sabah Bakıda sulu qar yağacaq