SOCAR: Dənizin üzərində gödəkçələr tapılıb
Tarix: 06-12-2015 | Saat: 23:10
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər
“Axtarışlar gecə də davam etdiriləcək”.
Bütün cəhdlərə baxmayaraq, əfsuslar olsun ki, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq tapmaq mümkün olmayıb.
Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xaik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
“Bir müddət öncə dənizdə olan qərargahımızla danışdım. SOCAR-ın prezidenti Rövnəq Abdullayev özü də qərargahdadır. Əsas xilasetmə işləri ilə Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ərazidə işləyən bütün gəmiləri məşğuldur. Dənizin üzərində gödəkçələr tapılıb. Xilasedicilər həmin əşyaları götürdü. Bununla yanaşı, suyun üzərində xilasetmə qayığının sınan bir hissəsi aşkarlanıb. Əfsuslar olsun ki, itkin düşən əməkdaşlamızdan tapılan olmayıb”, - deyə X. Məmmədov bildirib.
O əlavə edib ki, platformadakı yanğın söndürülüb, lakin qaz quyusundakı yanğını söndürmək mümkün olmayıb: “Bilirsiniz ki, bizim əməkdaşlarımız artıq özülün üzərinə qalxa bilib. Qiymətləndirmə işləri aparılıb, müvafiq işlər görülüb”.
Onun sözlərinə görə, axtarış tədbirləri davam edir.
X. Məmmədov qeyd edib ki, yanğından sonra təxliyyə olunan 8 nəfər xəsəxanadadır, 22-si isə xəstəxanadan buraxılıb: "Buraxılan 1 nəfər geri qayıdıb. Səhhətində problem yaranıb. Ümumən, həkimlər xəstələrin səhhətini normal qiymətləndirir. Hesab edirik ki, yaxın müddət ərzində digər zərərçəkənlər də evlərinə buraxılacaq".
Vitse-prezident əlavə edib ki, dekabrın 4-də saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən 3 neftçinin də axtarışı davam edir.
Qeyd edək ki, operativ qərargahda hər 3 saatdanbir KİV üçün brifinq keçirilir. Brifinqdə itkin düşən neftçilərin tapılması istiqamətində aparılan axtarış təbdirlərinin nəticələri, o cümlədən platformadakı yanğının söndürülməsi ilə bağlı son məlumatlar açıqlanır.
Xəbəri paylaş
6288 dəfə oxunub.
Digər xəbərlər

19-03-2015, 22:14
Mədinənin ilk dəfə tapılan tarixə işıq tutacaq fotosu
5-12-2016, 20:53
Ürəyin dostu ARAXİS. Hər gün 1 ovuc
27-01-2016, 19:40
Bankların birləşməsinin faydaları
17-08-2017, 23:28
Barselonanı qana bulayan terrorçunun şəxsiyyəti müəyyənləşib
12-06-2017, 14:22
Əməkdar artist: “Həyatda tək dostum anamdır” - VİDEO
25-01-2016, 10:05
“Kiçik çilə” niyə soyuq olur?
8-02-2019, 12:53
Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
4-08-2018, 20:47
İlham Əliyev sərəncam imzaladı
4-05-2016, 19:54
“Bәxtimiz gәtirdi” - Vәli Qasımov