Nardaranda qərar verildi: Meydan boşaldılır
Tarix: 29-11-2015 | Saat: 19:01
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Nardaran sakinləri bu gün qəsəbədəki Hüseyniyyə ("İmam Hüseyn") məscidində toplaşaraq müzakirələr aparıblar
Müzakirə edilən əsas məsələ meydanın boşaldılıb-boşaldılmamsı ilə bağlı olub. Müzakirələrdə səsləndirilən əsas təklif meydanı boşaltmaq ve evlərə qayıtmaq olub.
Sonda meydanın boşaldılmasına qərar verilib. Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər.
Kənd ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Onların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.
Kənd ağsaqqalları bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək.
“İmam Hüseyn” meydanı boşaldıldıqdan sonra kənd ağsaqqalları hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyini ümid edirlər.
Xəbəri paylaş
9258 dəfə oxunub.
Digər xəbərlər

21-06-2015, 00:25
İlham Əliyev ermənini udan türk güləşçini ayaq üstdə alqışladı (FOTO)
8-02-2018, 14:45
Sabahın Havası
23-02-2016, 10:55
Azərbaycan neftinin qiyməti 2, 16 dollar qalxdı
11-02-2016, 09:45
Neftin qiyməti 26 dollara düşdü
6-09-2020, 09:57
Rayonlara gedənlərin diqqətinə: Bütün postlar... - Video
1-06-2016, 17:22
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
11-09-2016, 15:41
Doğuşla Xoşqədəm əkizlərinin üzünü gizlətdi - FOTO
14-08-2023, 11:18
Bakıda qadın ərini buna görə döyübmüş - TƏFƏRRÜAT
19-04-2017, 13:28
Soğan qabığını suda qaynadın, sonra... - İNANILMAZ FAYDALARI