ABŞ daha Əsədin istefasını tələb etmir
Tarix: 30-10-2015 | Saat: 12:51
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Vaşinqton sövdələşməyə hazırdır.
Birləşmiş Ştatlar Suriya böhranının tənzimlənməsi üçün prezident Bəşər Əsədin təcili istefasını tələb etməyəcək, The Wall Street Journal qəzeti Amerika hökumət mənbələrinə istinadən məlumat yayıb.
“Obama (ABŞ prezidenti Barak Obama) administrasiyası Suriya üzrə beynəlxalq danışıqların əsas mərhələsinə qədəm qoyarkən sövdələşməyə hazırdır, bu sövdələşmə prezident Bəşər Əsədə bir neçə ay və bəlkə də daha çox müddətə yeni keçid hökumətinin formalaşacağı dövr ərzində hakimiyyətdə qalmağa imkan yaradacaq”, - məqalədə deyilir.
Daha öncə ABŞ Əsədin öz postundan təcili surətdə getməsini tələb edərək, onun rejimini qeyri-qanuni adlandırırdı. İndi isə Vaşinqton cümə günü Vyanada baş tutacaq çoxtərəfli görüşdə Suriya prezidentinin gələcəyini müzakirə etməyə hazırdır.
Dərc olunan materialda ABŞ-ın danışıqlar üçün Suriya üzrə qətnamənin hazırlandığı və müttəfiqləri ilə müzakirə etdikləri bildirilir, bu qətnamədə atəşkəs müqabilində Əsədin təcili istefa tələbindən etiraz nəzərdə tutulur.
Nəşrin qiymətləndirməsinə görə, bu yanaşmada, cənab Əsədə dəstək məqsədi ilə hərbi əməliyyatları fəallaşdıran Rusiya və İran sayəsində Suriyada yaranmış yeni reallıqları və Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın “İslam dövləti” (İŞİD) ilə mübarizədə qarşılaşdığı son çağırışları əks olunur”.
Cümə günü Vyanada Rusiya, ABŞ, Səudiyyə Ərəbistan, Türkiyə, Misir, İran, İraq və Livanın iştirakı ilə görüş planlaşdırılıb. interfax.ru
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

26-08-2015, 21:27
5 manata görə 11 il cəza aldılar
4-01-2019, 17:50
“Sahil”də eskalatorda dayanma olub - Fırçalara ayaqqabı siliblər
22-04-2017, 12:52
Bakıda güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq
25-01-2016, 14:21
Ermənilərin girov götürdüyü Dilqəmin qardaşı itkin düşüb - FOTO
13-02-2016, 21:38
"Neftin qiymətinin dörd dəfə aşağı düşəcəyinə heç kim hazır deyildi" - İlham Əliyev (Video)
29-08-2017, 16:33
Sonadək kameranı söndürməyən qəhrəman - Çingiz Mustafayev
30-05-2019, 13:43
Fazil Mustafa “Binə” və “Sədərək”in sahiblərini ittiham etdi
30-12-2015, 00:19
«Hökumət xərcləri kəsib vəziyyətdən çıxacaq»
25-01-2021, 16:06
Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - Foto
19-11-2015, 12:20
Nəqliyyat Nazirliyində İran İslam Respublikasının nümayəndələri ilə görüş keçirdi– FOTO