Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
«Hökumət xərcləri kəsib vəziyyətdən çıxacaq»
Tarix: 30-12-2015 | Saat: 00:19
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 / Aktual | çapa göndər

«Hökumət xərcləri kəsib vəziyyətdən çıxacaq»
Azərbaycan gələn il neft gəlirlərinə bel bağlamaya bilər
İlham Şaban: «Azərbaycan insanının sosial rifahı yoxdur, hökumətin bu istiqamətdə xərci çıxmır»
Azərbaycan iqtisadiyyatı neft amili üzərində qurulub. "Qara qızıl"ın ötən ilin ortalarından başlanan ucuzlaşması bu ilin sonunda pik enişlə müşahidə edildi-36-38 dollar. Nəticədə ölkəmizin iqtisadiyyatında çöküş müşahidə edilməkdədir.

Əlbəttə, ekspertlər çıxış yolu kimi qeyri-neft sektorunun inkişafı üçün təcili tədbirlərin görülməsini tövsiyə edirlər. Bunun üçün anti-böhran proqramı hazırlanmalıdır. Son aylarda vergi sistemində aparılan islahatlar da, əslində, hökumətin bu istiqamətdə müəyyən addımlar atmaq istədiyini deməyə əsas verir. Amma görülən anti-böhran tədbirləri pərakəndə xarakteri daşıyır. Hətta dövlət rəsmiləri neftin qiymətinin gələn il bahalaşacağına ümid etdiklərini gizlətmirlər də. Deməli, yenə ölkənin sosial-iqtisadi taleyi neftdən asılı olaraq qalacaq. Bəs gələn il nefti nələr gözləyir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Bizim Yol"a bildirdi ki, Azərbaycanda hasilat azalmaqda davam edəcək: "Neftin qiymətinin aşağı düşməsinin artıq Azərbaycana təsirləri azalıb. Bəzi neft ölkələrində "qara qızıl"ın qiyməti önəm daşıya bilər, amma Azərbaycan üçün deyil. 2014-cü ildə 41,9 milyon ton əmtəəlik neft hasil edilmişdi. Cari ildə isə hasilatda azalma tempi əvvəlki illərlə müqayisədə aşağı düşüb. Baxmayaraq ki, "BP" şirkəti 3 platformasını modernizə etdi. Sonuncu "Çıraq" platformasını, hətta 1 aya yaxın dayandırmalı oldu. Bununla belə proqnozlaşdırılandan artıq həcmdə hasilat əldə etmək mümkün olub. Bu, çox böyük nailiyyət idi. Faktiki olaraq, "BP" ötən il 31.5 milyon ton neft hasil etmişdisə, cari ildə bu həcm 32.2 milyon ton ətrafında olacaq. Stabil həcmdə saxlamağa nail olublar.

Ölkə üzrə isə ümumi hasilatın 3 min ton azalması baş verəcək, yəni 41.6 milyon ton civarında hasilatın azalması gözlənilir. Gələn il üçün isə Azərbaycanda neft hasilatı təqribən 1.3 milyon ton və ya 10 milyon barel azalacaq. Bu qədər azalma ölkə üçün çox önəmlidir. Belə olan halda neftin orta qiyməti ən azı 60 dollar/barel olmalıdır ki, biz onu hiss edə bilək. Ona görə də neftin qiymətinin 2-5 dollar ucuzlaşıb-bahalaşmasının bizim üçün böyük bir əhəmiyyəti yoxdur. Gələn il üçün "BP" 30 milyon ton neft hasil edərsə və bazarda qiymətlər 50 dollar olarsa, o zaman mənfəətimiz 6 milyard dollar olacaq. Neftin qiyməti 60 dollar olarsa, Neft Fonduna cəmi 1 milyard dollar artıq vəsait əlavə edə bilərik".

İ.Şabana görə, 2016-cı il üçün neftin qiyməti üzrə proqnozlar müxtəlifdir: "Məsələn, İran dövlət büdcəsində neftin qiymətini intervalla müəyyənləşdirib: 35-40 dollar.

Beynəlxalq maliyyə təşkilatları sırasında J.P. Morgan 51.5 dollardan, "Lukoyl" 50 dollardan, "Hess Corparation" 60 dollardan, Beynəlxalq Enerji Agentliyi 56 dollardan, "The Wall Street" Journal dünyanın 11 bankı arasında keçirdiyi sorğuya əsasən, orta qiyməti 57 dollardan proqnozlaşdırıb. Ən bədbin proqnozu Moody İnternational verib- 43 dollar".

İ.Şaban əlavə etdi ki, gələn ilin neftin qiymətinə neqativ təsir göstərə biləcək iki amil var: "Birincisi, İran neftinin bazara çıxarılması, ikincisi, ABŞ-ın neft ixracına start verməsidir.
Əslində, bunlar qlobal bazar üçün təsir gücünə malik olan faktorlar deyil. Çünki İran həcm etibarı ilə böyük neft çıxarmayacaq. 1 milyon barel çıxaracağı deyilsə də, bu həcm özünü tam doğrultmayacaq. Bundan əlavə, bu həcmin özü də qlobal bazar üçün heç nədir. 2010-cu ildə Azərbaycan 44.5 milyon ton neft ixrac edib, amma dünya bazarı bu qədər artımı heç hiss etmədi. Hələ 5-6 il əvvəl bazara çıxarılan neftin həcmi bundan qat-qat az idi. Ona görə də İran faktoru şişirdilmiş siyasi bir məsələdir.

O cümlədən ABŞ-ın dünya bazarına çıxaracağı neft də ciddi dəyişiklik yarada bilməz. Hazırda ABŞ-da rentabelli olmayan quyular bağlanır. Çünki qiymətlər çox aşağıdır. Amerikada 4 həftədir ki, hasilat azalmağa doğru gedir. Amerika ixraca başlasa, maksimum 500 min barel neft çıxara biləcək. Eyni zamanda idxalı da artırmağa başlayacaq. Yəni ABŞ həm idxal, həm ixrac siyasəti yeridir".
Ekspertə görə, neft gəlirlərinin aşağı düşməsi hələ ki, Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin icrasında çətinlik yaratmayacaq: "Fondun 32 milyard dollar pulu var. 1.8 milyard dolları TANAP, "Şahdəniz", Bakı-Tiflis-Ərzurum dəmir yollarına investisiya yatıracaq. Manatla olan xərcləməsi isə, əsasən, dövlət büdcəsinə transfertdir. Gələn il üçün 6 milyard manat nəzərdə tutulub. Neftin qiyməti aşağı düşsə, onu 5 milyard manata qədər azalda bilərlər. Bu ilin büdcə icrasından da göründüyü kimi, investisiya layihələrini dayandırıb, müəyyən ixtisarlar apardılar, yalnız əmək haqları verildi. Yəni Azərbaycanda 2015-ci ildə neftin qiyməti 90 dollardan hesablanmasına baxmayaraq, 60 dollarla icra etdilər. Parlament bunu heç təsdiq də etmədi. Gələn il də xərcləmələri builkinə bənzər icra edərək, hökumət vəziyyətdən çıxacaq. Əslində, 6 milyard manat hökumət üçün bütün əsas xərcləmələri ödəməyə yetir. İndiyədək şişirdilmiş bir büdcə var idi. Onu da nəzərə alsaq ki, Azərbaycandakı insanların tələbatı ilə Avropadakı insanların tələbatı bir deyil. Azərbaycan insanının sosial rifahı yoxdur. Qərbdə isə işsizlərə aylıq 600-800 avroluq sosial təminat verilir, hətta yaşayış yerinə qədər müvəqqəti təmin edirlər. Azərbaycanda isə daşqın və zəlzələ olanda dövlət rəsmiləri vətəndaşlara deyir ki, müvəqqəti qohumunun evində qal. Ona görə də Azərbaycanda bu tip sosial müdafiə məsələlərinə xərc çıxmır".


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___