Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kredit götürənlərin sayı niyə artır?
Tarix: 09-10-2015 | Saat: 13:19
Bölmə:M / Karusel / İqtisadiyyat / Araşdırma | çapa göndər

Azərbaycanda kredit götürənlərin sayı niyə artır?

2014-cü ilin avqust ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə kredit təşkilatlarından borcalanların sayı 13,36%, başqa sözlə, 293 334 nəfər artaraq bu ilin sentyabr ayının 1-ə 2 mln. 488 min 300 nəfərə çatıb

“APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 128 nəfəri hüquqi, 2 mln. 454 min 2-si fiziki şəxs, 23 min 170 nəfəri sahibkarlıq subyektidir.



Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin avqust ayından indiyədək daha 288 455 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 544 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4335 nəfərlik artım olub.

Azərbaycanda kredit götürənlərin sayı niyə artır?

Təkcə 2015-ci ilin iyul ayı ilə müqayisədə avqustda bankdan kredit götürən fiziki şəxslərin sayında 15 734, sahibkarlıq subyektlərinin sayında 219, hüquqi şəxslərin sayında isə 45 nəfərlik artım olub.

Azərbaycanda kredit götürənlərin sayı niyə artır?

Bu ilin avqust ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 279 181 sorğu daxil olub. Başqa sözlə, son bir ildə MKR-ə müraciətlərin sayı 7223 və ya 2,52% azalıb. Bu sorğuların 265 361-i banklar tərəfindən daxil olub. 13820 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

Azərbaycanda kredit götürənlərin sayı niyə artır?

2015-ci ilin iyul ayı ilə müqayisədə avqust ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında azalma var. Başqa sözlə, iyulda 15300 nəfər kredit tarixcəsini öyrənmək istəyib, avqustda bu göstərici 13820-yə düşüb. Başqa sözlə, iyul ayı ilə müqayisədə avqustda fiziki şəxslərin sorğularının sayı 9,67% azalıb.
Azərbaycanda kredit götürənlərin sayı niyə artır?
Avqust ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 488 300, kredit məlumatlarının ümumi sayı isə 10 280 932 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 158 969-dur.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.



3598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___