“Ağadadaş Ağayev gələcəkdə YAP-dan namizəd ola bilər“
Tarix: 23-09-2015 | Saat: 15:45
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

“Bizdə namizədlər hələ çoxdur. Partiyanın idarə heyəti ölçüb-biçib, 117 dairədən namizəd irəli sürüb
Yəni artıq bütün namizədlər müəyyənləşib. İmza vərəqələrini götürüblər, doldurublar və geri qaytarıblar.
Ağadadaş bəyə gəldikdə isə layiqli bir insandır, gözəl müğənnidir, xalq artistidir, partiyamızın fəal üzvüdür. Bu seçkilərdə o, namizəd deyil. Gələcəkdə onun da seçkilərdə iştirak etməsi mümkündür”.
Bu sözləri Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, xalq artisti Ağadadaş Ağayevin YAP-dan deputatlığa namizəd olmaqla bağlı sözlərinə münasibət bildirib. S.Novruzov deyib ki, YAP-ın namizədlərinin müəyyənləşdirilməsi səlahiyyəti idarə heyətinə məxsusdur: “İdarə heyəti müəyyənləşdirir ki, hansı dairədən kim namizəd olsun”.
Qeyd edək ki, xalq artisti Ağadadaş Ağayev "qafqazinfo"ya açıqlamasında bu sözləri demişdi: “Sənət adamları da bu dövlətin vətəndaşlarıdır. Hər hansı müğənninin deputat olmaq istəyində qəbahət yoxdur. Mən YAP-ın üzvüyəm. Hər an dövlətimizə xidmət etməyə hazıram. Sənət adamları özlərini ölkədə baş verən hadisələrdən kənarda tuta bilməzlər, siyasi proseslərə münasibət bildirməlidirlər. Bir neçə il sonra mən də siyasətə qoşulmaq istəyirəm”.
5348 dəfə oxunub.
Digər xəbərlər

28-01-2020, 18:35
Nüsrət 5 dükanının birgünlük gəlirini Elazığ zəlzələsindən sağ çıxanlara bağışladı - FOTO
26-10-2019, 16:09
Azərbaycanlı axund Kərbəlada insan sıxlığında öldü
25-07-2019, 14:32
Emin aparıcı ilə belə "Ləzginka" oynadı - VİDEO
13-12-2020, 14:37
TƏBİB-dən testlərlə bağlı AÇIQLAMA
31-05-2017, 13:14
Əllə yemək niyə faydalıdır?
10-11-2016, 20:44
İsmayıllı Rayon İcra Hakimiyyəti - 700 min manata torpaq satılmasına açıqlama verdi
18-01-2017, 19:54
Şəhərin mərkəzində dilənənlər saxlanıldı
16-04-2015, 12:14
Mərkəzi Bank yeni məzənnəni açıqladı – CƏDVƏL
16-09-2017, 21:19
Anasının sevgilisindən hamilə olan 12 yaşlı qızın səhhəti ağırlaşdı - Uşaq götürüldü
14-09-2020, 18:01
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü - Ölənlər var