Məmmədyarov ATƏT-ə etiraz etdi
Tarix: 22-09-2015 | Saat: 20:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvlərini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, E.Məmmədyarov 1 noyabr 2015-ci il tarixində keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin demokratik, ədalətli və şəffaf mühitdə keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırdı.
Nazir seçkilərin müşahidəsi məqsədilə bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini qeyd edərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu diqqətə çatdırdı.
E.Məmmədyarov 100 milyondan artıq əhalisi olan ATƏT üzv dövlətlərinə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsinin hər hansı normal məntiqə sığmadığını və tamamilə qeyri-mütənasib xarakter daşıdığını bildirdi.
DTİHB-in seçkilərin müşahidəsi ilə bağlı metodologiyasının hansı meyarlara və məntiqə əsaslandığının tamamilə anlaşılmaz olduğunu deyən nazir DTİHB-nin mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-in üzv dövlətlərinə texniki dəstək göstərmək olduğunu xatırlatdı.
O, ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına və münasib çıxış yolunun tapılacağına ümidvarlığını bildirdi.
Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və AŞ PA tərəfindən seçkilərin müşahidəsi üçün lazımı hazırlıq tədbirləri gördüklərini bildirdilər.
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər

13-11-2016, 12:36
Bu gün andiçmədir
7-10-2019, 17:24
Sürücülərin DİQQƏTİNƏ: 50 manat cərimə oluna bilərsiniz (VİDEO)
30-12-2016, 01:48
Millət vəkili cəbhədə baş verən toqquşmadan yazdı
12-07-2016, 17:53
İnanılmaz addım: Xəyanət edən kişilər elə üsulla müyyən ediləcək ki...
4-10-2018, 10:46
Qızına 400 minlik toy edən məmur işdən qovuldu: həbs oluna bilər
4-09-2020, 00:49
Türkiyə evdə uduzdu
3-07-2016, 18:10
Ermənistanda yeni axtarışlar və həbslər
16-10-2022, 10:24
Ərindən boşanan müğənni Mina: Axırıncı dəfə başqa...
25-11-2016, 22:27
Prezident İlham Əliyev: "Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər"