Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada evlərin ucuzlaşması Azərbaycan mənzil bazarına mənfi təsirini göstərəcək
Tarix: 18-08-2017 | Saat: 17:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



Rusiya mənzil bazarında ucuzlaşma uzun müddətli davam edərsə, ölkəmizin mənzil bazarına mənfi təsirini göstərəcək.

Rieltor faliyyəti ilə məşğul olan Mütəllim Ağalıyevin bildirdiyinə   görə Moskva və iri şəhərlərdə  evlərin ucuzlaşması  Rusiyada  kapital yığımı olan həmvətənlərimizin vəsaitlərini orada  mənzil bazarına yatırmalarına səbəb olacaq. Daha doğrusu onlar evi Bakıdan yox, oradan alacaq. Əvvəllər Rusiyada ev baha idi. 
Soydaşlarımızın mütləq əksəriyyəti yığımlarına əvvəllər oradan ev ala bilmədikdə Azərbaycan mənzil bazarına üz tuturdular. Bu hal mənzil bazarının canlanması ölkəmizə kapital axını demək idi. İndi isə əksinə, çalışan qədər evi oradan alacaqlar.Yaranmış vəziyyət  torpaq bazarında da özünü göstərəcək.
Hətta bir zamanlar Bakıdan ucuz qiymətə ev almış, Rusiyada çalışan azərbaycanlıların  müəyyən kəsimi  Bakıdakı  evlərini satıb, oradan ev ala bilərlər. Bu isə hər iki halda ölkəmiz üçün kapital itkisidir.
Məlumat üçün onu da bildirək ki,son günlər bəzi saytlarda iqtisadi əsaslandırma olmadan  evlərin bahalaşacağına dair xəbərlər verilir.Bu isə ajeotaj yaratmaq ,insanları inandırmaq məqsədi daşıyır ki, mənzillərin qiyməti qalxacaq,ev almaq istəyənlər tələsib ev alsın.Artıq Milli Məclisin üzvü Mahir Abbaszadə də evlərin bahalaşacağına dair açıqlama ilə gündəmə gəlib.(faktinfo)


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
2-05-2017, 11:33 Cəbhədə GƏRGİN GECƏ

bütün xəbərlər
____ Instagram ___