Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“ Heydər Əliyevin xahişi ilə fəxri müşavirliyini elədim“
Tarix: 20-09-2015 | Saat: 18:40
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

“ Heydər Əliyevin xahişi ilə fəxri müşavirliyini elədim“


Rəsulzadənin 86 yaşlı köməkçisi: "Heydər Əliyev mənə 1 milyon dollar göndərdi"

Strateq.az-da davam edən “16-1” layihəsində bu dəfə Ankarada fəaliyyət göstərən keçmiş “Ankara Lobbi Klubu” başqanı Yəhya Daşdələnlə danışmaq istədik.

86 yaşlı bu Azərbaycan fədaisi istəyimizi geri çevirmədi və suallarımızı məmnuniyyətlə cavablandırdı. Özünün dediyi kimi, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni görən və hələ də yaşayan tək adam olaraq, Yəhya Daşdələn Azərbaycan prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyevlə də yaxşı münasibətlərdə olub. Elçibəy ona “Ağsaqqal” deyib, Heydər Əliyev “Ankara Lobbi Klubu”nun başqanı kimi ona 1.000.000 dollar dəstək göndərib.

Onun, belə demək olarsa, bütün karyerasını keçmiş Ankara səfiri Məmməd Əliyev bitirib. Məmməd Əliyev Heydər Əliyevin göndərdiyi lobbi pulunu mənimsəyib və Yəhya Daşdələni müflisləşdirib...

Azərbaycanın yaxın tarixində önəmli rol oynayan insanlardan biri kimi, Yəhya Daşdələnin müsahibəsinin Azərbaycan Oxucusu üçün də maraqlı olacağını düşünürük...

yehya-1.jpg

Məhəmməd Əmin Rəsulzadəni məzara endirəndə mən də orada idim

- Yəhya bəy, özünüzü Azərbaycan Oxucusuna necə təqdim edərdiniz?

- Düşünürəm, kino lenti kimi maraqlı siyasi hadisələrin şahidi olmuşam. Mən, əslində peşələrimin xaricində olmasına baxmayaraq, siyasi və tarixi xətirələri oxumağı və təqib etməyi peşə halına gətirmişəm. Bu səbəbdən, tarix yazmış siyasətçilərin xatirələrini oxumaq, mənə enerji və istiqamət verməkdədir. Təəssüf ki, bu il, yüksək qan təzyiqi - hiper tansiyon - qismən görmə pozuqluğu yaratdı. Ayrıca, 86 yaşım oldu... İllərlə islam tarixini, türk istiqlal tarixini və Osmanlı tarixini oxumaqdan böyük zövq aldım... Bunları bunun üçün deyirəm ki, türk və Azərbaycan siyasi tarixini, ikinci dünya müharibəsini izləmək xüsusi diqqətimi çəkirdi. Azərbaycan siyasi tarixinin son 25 ilinin şəxsən içərisində yer alıram...

- Azərbaycan mənşəli olduğunuzu bilirik, bizə Türkiyəyə köçmək tarixinizdən bəhs edərsinizmi?

- Yüzdə yüz Qərbi Azərbaycan - Ermənistanın Gümrü şəhərindəndir sülaləm. Ata-bababalarım 1917-ci il Çar Nikolayın Lenin tərəfindən devrilməsindən sonra oraları tərk elədilər. Bir qismi Türkiyəyə - Qarsa, bir qismi də Amerikanın Çikaqo şəhərində məskunlaşdılar. Qohumlarımın əksəriyyəti Bakı, Gürcüstanda və Gəncədə yaşayırlar.

- Türkiyədə nə vaxtdan siyasətlə məşğul olmağa başladınız?

- Türkiyədə 1950-ci ildən etibarən CHP-nin (Cümhuriyyət Xalq Partiyası) sıralarında çox gənc bir aktivist olaraq siyasətlə məşğul olmağa qərar verdim və partiyada ən gənc partizan oldum... Hətta o tarixdə qəzetlərdə köşə yazarlığına başladım.

- Azərbaycan Mədəniyyət Dərnəyi sizin üçün nədir və neçə il orada fəaliyyət göstərdiniz?

- 1951-ci ildə Ankaraya ali təhsil almağa gəldim. Böyük bir həyəcanla Azərbaycan mədəniyyət dərnəyində, ulu öndər Məhəmməd Əmin Rəsulzadə və dərnək başçısı Dr.Həmid Atamanın imzaları ilə qeydiyyatdan keçdim. Və hələ də o üzvlüyə davam etməkdəyəm.

- Məhəmməd Əmin Rəsulzadə ilə bağlı xatirələrinizi bizimlə paylaşa bilərmisiniz?

- Ulu öndər Məhəmməd Əmin Rəsulzadə ilə yaxından tanış oldum. Onun köməkçisi oldum, ona xidmət etməyə başladım. Onun sayəsində siyasi ideologiya qazandım. Bu vəziyyət 6 mart 1955-də M.Ə.Rəsulzadə ölənə qədər davam etdi... Məşhur “Hacı Bayram” Məscidindən cənazəsini cümhurbaşqanlığı mərasimi ilə qaldırdıq, bugünkü məzarına qədər dövlət törəni ilə apardıq. Məhəmməd Əmin Rəsulzadəni məzara endirəndə bəzi şəxslər - imam və mən də orada idim. Bu gün dünyada, ulu öndəri görüb də yaşıyan tək bir insan vardır - o da Yəhya Daşdələndir.



Əbülfəz Elçibəy çox böyük diqqət göstərib mənə “Ağsaqqal” deyirdi

- Əbülfəz Elçibəy və Heydər Əliyevlə ilişkiləriniz nə vaxtdan mövcuddur?

- Əbülfəz Elçibəylə 1990-cı ildə Azərbaycanda tanış oldum. Ölənə qədər dost olduq, çox böyük diqqət göstərib mənə “Ağsaqqal” deyirdi. Partiyanın ilk qurultayında, bu gün müxalifətdə olanların hamısını orada tanımışdım. O zaman onların hamısı 25-30 yaşlarında idilər. Elçibəyin vəfatından sonra, rəhmətlik Heydər Əliyevin xahişi ilə onun da fəxri müşavirliyini elədim. Rəhmətlik Heydər Əliyev bunu bir siyasi Lobbinin qurulması kimi qəbul etdi və məni dəstəklədi...

- Heydər Əliyevlə yaxşı münasibətləriniz oldu və bir müddət Ankarada fəaliyyət göstərən "Azərbaycan Lobbi Klubu" na rəhbərlik etdiniz? Necə oldu bu?

- Bax bu siyasi lobbi tam qərb mənasında keyfiyyətli, şəxsiyyətli, siyasi gücü olan 155 güclü məsləhətçi, sənətkar, siyasətçi, qubernator, səfir, təqaüdçü general, elm adamından təşəkkül etmişdi. Və mən də o sürətlə sərvətimi, maddi mal varlığımı bu yolda xərcləyirdim...

- "Azərbaycan Lobbi Klubunun" başçılığını nə üçün buraxdınız və Heydər Əliyev hakimiyyəti ilə müxalifətə başladınız?

- Rəhmətlik Heydər Əliyev lobbini gücləndirməyim üçün bir milyon dollar səfirliyə pul göndərəcəyini dedi və o pulu yolladı da. Ovaxtkı səfir Məmməd Əliyev bu pulun 500 min dollarını öz hesabına, 500 min dollarını da professor İhsan Doğramaçının hesabına keçirdi. İhsan Doğramaçı yolunu tapa bildi, ona sanki xidmətçi olmuşdu və beləcə məni də iflas etdirdilər. Əslində, Azərbaycandaki xalqımız Heydər Əliyevlə işləməyimi istəmirdi, ölümü vasitə oldu və bu surətlə vəfatından sonra ondan ayrıldım.

- Azərbaycanı idarə edənlər arasında hələ dosluğunuzun davam etdiyi kişilər varmı və onlarla ölkənin vəziyyəti haqqında müzakirələr edirsinizmi?

- Mən istəsəydim, ən azı, Qarsdan millət vəkili olardım, şərtlərim və karyeram uyğun idi. Amma mən bürokratiyanı və elmi seçdim. İkisində də ən üst mövqelərə gəldim. Ayrıca, yazaram və “Xural”da köşə yazıram. CHP-də də ən özəl nümayəndə olaraq İsmət Paşanın yanında oldum və beş dövr CHP böyük qurultayında iştirak etdim. Xalq Cəbhəsinin ilk qurultayında Əli Kərimlini tanıdım. Çox gənc bir fəal idi. Mənə Əvəz bəy, Sizin də məzun olduğunuz hüquq fakültəsi ilə əməkdaşlıq etmək istədiyini bildirdi. O vaxt fakültənin məsul katibi bibimin oğlu idi, söylədim, “dərhal gəlsin, başlayaq” dedi, amma hər halda Əli bəyin şərtləri uyğun olmadı, gəlmədi. İsa Qəmbər də çox gənc idi. Özü Ali Məclis başçısı ikən dostum Əhmed Qaraca ilə onu iş yerində ziyarət etmiş, uzun-uzan siyasi söhbətlər etmişdik...



4008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___