Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gəncədəki körpələr evinə aparılan ərzaq və paltarlar səhəri gün yoxa çıxır" - Kamil Zeynallı
Tarix: 24-01-2020 | Saat: 13:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Müsahibə | çapa göndər

"Gəncədəki körpələr evinə aparılan ərzaq və paltarlar səhəri gün yoxa çıxır"- Kamil Zeynallı

Xəbər verdiyimiz kimi, fitnes ustası Kamil Zeynallı Gəncə Körpələr Evində çəkilən videonu paylaşıb. İdmançı körpələr evində uşaqlara yaxşı baxılmadığını bildirib.
Məsələ ilə bağlı Gəncə Körpələr Evinin baş həkimi Lətifə Kərimova açıqlamasında bildirib ki, yayılan videoda yanlışlıq var: 
"Kamil Zeynallı heç vaxt bu körpələr evində olmayıb. İlk öncə onu deyim ki, baş verənləri Kamilin özü görməyib. İkincisi, bu video oktyabr ayında çəkilib, kim tərəfindən çəkildiyini də bilmirəm. Kadrlarda guya uşaqlar bir-birinə bağlanıb. Əslində isə orada uşaqlar bir-birinə bağlanmayıb. Sadəcə qarın nahiyələri sarılıb ki, yatarkən uşaqların üzəri açılarsa onlara soyuq təsir göstərməsin. Bu videodan sonra aidiyyətli qurumlardan, Ombudsman Aparatından gəlib yoxladılar. Buradan uşaqların paylarının oğurlanması kimi boş, yersiz məlumatlara gəlincə, tamamilə yalan və cəfəngiyatdır. Mən Kamil Zeynallının paylaşdığı videonun şərh bölməsinə, şəxsi ismarıc bölümünə yazmışam. Kamil isə mənə qarğış, nalayiq sözlər  yazır. O, bu günədək nə gətirib ki, biz onu mənimsəmişik? Mənim qardaşım vəkildir. Deyir ki, istəyirsən Kamili məhkəməyə verək. Mən sadəcə mərdimazar adam deyiləm. Ancaq mərdimazarın əlinə keçmişik".
***12:27
Fitnes ustası Kamil Zeynallı Unikal.org-a açıqlamasında bildirib ki, baş həkim "instagram"da öz adı ilə yazmır:
"Baş həkim öz adı ilə yazmır. Mən onun yazdığı rəyə cavab yazmışam. Yenə də deyirəm ki, əgər o uşaqlara aparılan yeməkdən və paltardan götürmüsünüzsə haramınız olsun. Doğrudan da götürməyiblərsə, bu sözüm onlara niyə təsir edir? Mənə neçə nəfər göndərib ki, ora aparılan ərzaq və paltarlar səhəri gün uşaq evindən yoxa çıxır. nstagram səhifəmin hekayə bölümümdə mənə yazılanları paylaşmışam. Mən uşaqların taleyinə həssas yanaşdığım üçün bu videoya biganə qala bilməzdim. Kiminləsə də qəsdi-qərəzim yoxdur. Videonu göndərən xanımın adı hələ də qalıb".



1588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___