Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub
Tarix: 11-09-2015 | Saat: 12:07
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Səfirlik məlumat yaydı.
2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər.
Xəbəraz.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin 15-cü ildönümü ilə bağlı bəyanatında deyib.
Sekutanın sözlərinə görə, o vaxtdan bəri Azərbaycanın ABŞ-a göstərdiyi dəstək artıb.
“Azərbaycan Əfqanıstanda ekstremizmə qarşı aparılan mübarizədə ABŞ-ın və NATO-nun tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanı veriblər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatların maddi-texniki təchizatı üçün nəqliyyatın fəaliyyətini təmin edib.
Azərbaycan ekstremist təşkilatların maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardımçı olub”, - deyə, Sekuta bildirib.
Xəbəri paylaş
5388 dəfə oxunub.
Digər xəbərlər

30-01-2018, 10:07
Əməliyyatsız 60 kiloqram arıqladı-FOTOlar
14-06-2022, 11:46
Kəlbəcərdə həlak olan əsgərimiz evin sonbeşiyi imiş - FOTO
2-05-2020, 00:05
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
1-05-2018, 10:57
Emin Ağalarov: Trampa pul ödəməmişəm
23-06-2021, 10:36
Qadağadan sonra ruslar Türkiyəyə axışırlar - VİDEO
10-03-2017, 20:08
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
5-06-2016, 16:18
Nalbəndyan İranda: Viza ləğv edilir
6-10-2022, 10:19
Qaradağda top mərmisi aşkarlandı - VİDEO - FOTO
13-05-2021, 14:06
MİLLİ qəhrəmanlar və Şəhid Ailələri ilə görüş keçirildi
24-08-2015, 19:38
Türkiyəli müğənni Kibariyə 14 yaşındakı qızının başına gələn hadisə ilə gündəmdədir