1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.
BBAK-dan verilən məlumata görə, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.
Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.
Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri "avtovagzal.az" saytı və mobil tətbiq vasitəsilə "onlayn" qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından ala bilərlər.
Məlumat üçün bildirək ki, biletlər "Qabaqcadan satış" kassaları və "Onlayn" qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.
Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58/59 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!
Bakı-Batumi birbaşa avtobus reysləri açılır - QİYMƏT
Tarix: 20-06-2019 | Saat: 17:48
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbəri paylaş
4748 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-06-2019 | Saat: 17:48
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
8-05-2016, 14:28
Hakimiyyətin başını kəsmək lazımdır - Asatryan
27-11-2016, 13:42
"Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO
10-12-2016, 21:57
Bakıda qadın özünü 19-cu mərtəbədən atdı
23-11-2020, 10:09
Qarabağa qayıdan ermənilərin sayı – Son rəqəm
8-06-2016, 22:38
İrəvan 6 milyardın girovunda: məmurlar vəzifədən alınır
27-10-2022, 11:20
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
19-06-2016, 11:07
Səfirliyimizin avtomobili qəzaya düşdü
30-06-2015, 14:28
7 yaşdan sonra cinsiyyətlərini dəyişməyə icazə veriləcək.
2-06-2018, 22:52
İRAQDA İKİ TÜRK ƏSGƏRİ ŞƏHİD OLUB
2-12-2015, 14:46
Nazirlikdən qar xəbərdarlığı - Temperatur 10 dərəcə aşağı düşəcək