MTN-nin tutduğu İŞİD-çilər danışdı - VİDEO
Tarix: 02-09-2015 | Saat: 21:25
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV / Reportaj | çapa göndər
“Haqsızlıqlar edirlər”.
Ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat keçirib. Onlar müxtəlif dövrlərdə silahlı qrup yaradaraq terror hadisələrinin iştirakçısı olublar. Antiterror əməliyyatı nəticəsində “İŞİD”ə qoşulan şəxslər saxlanılıb.
Xəbəraz.az ANS TV-yə istinadən məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin antiteror əməliyyatları nəticəsində “İŞİD” terror quruplaşmasının fəaliyyətində iştirak edən Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov şübhəli şəxs qismində həsb ediliblər.
Müəyyən olunub ki, qrup üzvləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak ediblər.
Təqsirləndirilən şəxs Şirxan Xasaylının sözlərinə görə, o, “İŞİD”in tabeliyində olan Azərbaycan caamatı dəstəsində Suriya ordusu və müxalif qüvvələrə qarşı döyüşüb.
Təqsirləndirilən şəxs Azər Eyyubov isə Türkiyəyə getdiyini, ordan da Suriyaya keçdiyini deyib:
“Suriyada olduğum müddətdə gördüm ki, haqsızlıqlar edirlər, bizi aldadıb bizdən istifadə edirlər”.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri başlanılıb.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

28-09-2016, 14:47
Qobustanda 3 uşağı olan hamilə ana İNTİHAR ETDİ - ŞOK SƏBƏB
14-05-2018, 10:39
Vəkillər Kollegiyası vəkil adından qanunsuz istifadə edənlərə qarşı mübarizəyə başladı
29-11-2021, 10:36
Zaurdan ETİRAF: "Çiçəyi ilk dəfə görəndə aşiq oldum" - VİDEO
26-06-2015, 20:04
Cazibədar ulduzların ayaq ölçüləri sizi şoka salacaq – FOTOLAR
7-03-2021, 19:19
Sərnişinləri narahat edən qadın oturacağa bağlanıldı - VİDEO
26-04-2016, 16:35
Separatçılar bu snayperçinin başına pul qoydu
22-06-2015, 16:51
Çempionlar Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu
14-01-2016, 14:00
Sürücülük vəsiqəsini unudanlara müjdə – VİDEO
14-04-2016, 12:39
Mərkəz Bankda yeni təyinat
21-06-2021, 11:23
Sabirabadda dəhşət-Məzun gecəsində 17 yaşlı qızı sevgilisi bıçaqladı