Çempionlar Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu
Tarix: 22-06-2015 | Saat: 16:51
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Bu gün Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçirilib.Xeberaz.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının I və II təsnifat mərhələsinə ümumilikdə 38 komanda qatılacaq. Mərasimin 1-ci hissəsində qitənin ən aşağı reytinqli 8 çempionatının qaliblərinin iştirak etdiyi I təsnifat mərhələsinin püşkü atılıb. Bu raundda 4 cüt mübarizə aparacaq.
II təsnifat mərhələsinin püşkatması zamanı əvvəlki raundun 4 cütü ilə yanaşı, 30 komanda da rəqibini tanıyıb. Bu komandalar arasında Azərbaycan çempionu “Qarabağ” da var.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun ilk rəqibi Monteneqro təmsilçisi olacaq. Qurban Qurbanovun yetirmələri “Rudar”la üz-üzə gələcək.
Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu matç iyulun 14-15-də baş tutacaq. “Qarabağ”ın səfərdə keçiriləcək cavab matçına iyulun 21-22-də çıxacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
(30 iyun-1 iyul və 7-8 iyul)
1. “Linkoln” (Cəbəllürariq) - “Santa Koloma” (Andorra)
2. “Kruzaders” (Şimali İrlandiya) - “Levadiya” (Estoniya)
3. “Pünik” (Ermənistan) - “Folqor” (San-Marino)
4. B-36 (Farer adaları) - TNS (Uels)
II təsnifat mərhələsi
(14-15 iyul və 21-22 iyul)
“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail)
APOEL (Kipr) - “Vardar” (Makedoniya)
“QARABAĞ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro)
“Sarayevo” (Bosniya və Herseqovina) - “Lex” (Polşa)
“Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan)
BATE (Belarus) - “Dandalk” (İrlandiya)
HİK (Finladniya) - “Ventspils” (Latviya)
“Midtulland” (Danimarka) - I təsnifat mərhələsinin I cütünün qalibi
“Molde” (Norveç) - I təsnifat mərhələsinin III cütünün qalibi
“Malmö” (İsveç) - “Jalgiris” (Litva)
“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya)
Trençin” (Slovakiya) - “Sryaua” (Rumıniya)
“Partizan” (Serbiya) - “Dila” (Gürcüstan)
“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova)
“Fola” (Lüksemburq) - “Dinamo” (Xorvatiya)
“Skenderbeu” (Albaniya) - I təsnifat mərhələsinin II cütünün qalibi
I təsnifat mərhələsinin IV cütünün qalibi - “Videoton” (Macarıstan)
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

4-08-2020, 12:50
Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
6-04-2017, 14:00
Sabaha olan hava proqnozu açıqlanıb
26-06-2023, 11:19
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur
23-02-2016, 13:38
Rasim Əliyevin ölümündə təqsirləndirilən...
10-02-2023, 11:37
Alt, yoxsa üst mərtəbə… – Zəlzələ anında hansı daha təhlükəsizdir?
28-08-2023, 10:33
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu şəxslərin kreditinin 4 min manatı BAĞIŞLANACAQ - VİDEO
4-01-2016, 11:53
Cəbhədə güclü atışma
19-12-2021, 15:27
"Təcili tədbirlər görülməlidir" - Ceyhun Bayramovdan Əfqanıstan ÇAĞIRIŞI
6-06-2023, 20:04
Dünən maşın vurub, bu gün efirdədir - "Heç kim sağ çıxa bilməzdi"