İqtisadiyyat və sənaye naziri Qubada 50-dən çox vətəndaşın müraciətinə baxıb
Tarix: 29-08-2015 | Saat: 15:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Xəbəraz.az xəbər verir ki, avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubadakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar, Xaçmaz və digər rayonlardan olan 50-dən çox vətəndaşın müraciətlərinə baxılıb.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, haqsız rəqabətin aradan qaldırılması, əkin sahələrinin suvarılması, sosial xarakterli və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Bununla yanaşı, qəbula gələn sahibkarların təklifləri müzakirə edilərək, balıqçılığın, turizm infrastrukturunun inkişafı, heyvandarlıq kompleksinin yaradılması, tikinti materiallarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə keçirilən 32 qəbul zamanı ümumilikdə 1800-dən çox vətəndaşın müraciətinə baxılıb.AZƏRTAC
Xəbəri paylaş
4788 dəfə oxunub.
Digər xəbərlər

2-12-2016, 10:40
Əl çantasından “beşbarmaq” çıxdı
31-05-2018, 12:23
Əlikram Bayramov: "Deyirlər ki, xanımından qorxursan"
20-08-2022, 12:25
Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər...” - FOTO
21-02-2016, 11:39
Aşiq olanda bədəndə nələr baş verirmiş?! – MARAQLI FAKTLAR
26-12-2018, 10:55
Məcburi köçkünlər daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub
11-03-2017, 10:16
Azərbaycanlı müğənninin ikinci nəfəsi kimdir? -FOTO
18-01-2018, 10:51
Bakıda “Azpetrol”un maşını aşdı - FOTO
31-03-2015, 21:09
“Neftçi”də Sadıq Sadıqova görə qalıram"