Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Prime Brick" MMC-nin direktorundan ÖZBAŞINALIQ - NARAZILIQ VAR!
Tarix: 14-12-2022 | Saat: 16:45
Bölmə:M / Karusel / Gündəm / Reportaj / Xəbəraz TV / Araşdırma | çapa göndər



“Aylardır əməkhaqqımı ala bilmirdim. Maaşımı tələb etdiyim üçün işdən də çıxardılar”.

Bu şikayətlə “Qafqazinfo”ya Yevlax rayonu, Gülovşə kənd sakini Ehtiram İsmayılov müraciət edib. Vətəndaş kənd ərazisində yerləşən kərpic zavodundan şikayətçidir.

O iddia edir ki, işlədiyi müddətdə maaş kartları da işçilərə verilməyib: “2018-ci ildən bəri zavodda işləyirəm. Eyni zamanda qardaşım da orada çalışırdı. Əvvəl operator, daha sonra isə mühafizədə işlədim. "Prime Brick" MMC-nin direktoru Şəmsəddin Muradov öz qohumlarına, 3 bacısı oğluna və yeznəsinə ayın 15 günü üçün 400 manat maaş hesablatdırır. Lakin mən gecə-gündüz orada işləyirdim cəmi 600 manat maaş alırdım. Bu da 2021-ci ilin noyabr ayına qədər davam etdi. Ondan sonra maaşı azaltdılar. Ayda 100, ya da 200 manat maaş verirdilər. Kartımızı da özlərində saxlayırdılar. Maaşımızı əldən verirdilər”.

Vətəndaşın sözlərinə görə, dəfələrlə kartlarını tələb ediblər: “Lakin hər dəfə bir bəhanə gətirdilər. Evdə xəstəm olduğu üçün işimi də dəyişə bilmirdim. Sonra da zavod öz işini dayandırdı və bizə də bildirdilər ki, təmirə bağlanır. Əməkhaqqımı tələb etdiyim üçün sentyabr ayının 30-da məni işdən çıxardılar. Hazırda şirkət mənə 6000 manat pul verməlidir. Ümumilikdə 150 nəfər işçinin əməkhaqqısını kəsiblər. Bəzi işçiləri təmir işlərində günü 10-15 manata işlədirlər. 3 nəfər də İran vətəndaşıdır. Onlara isə günə 100-150 manat verirlər”.

Məsələ ilə bağlı kərpic zavodun cavabdeh şəxsləri ilə əlaqə saxladıq. Zavodun maliyyə direktoru Vaqif Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, maaşların verilməmə səbəbi hazırda işlərin dayandırılmasıdır. Lakin zavod öz işinə başlayan kimi və satış olduqca ilk növbədə işçilərin maaşları veriləcək: “2022-ci ilin fevral ayından etibarən zavod təmirə dayanıb. Bütün rəsmi orqanlara da bəyan olunub. Bəli, işçilərə borcumuz yaranıb. Bunun üçün iclas təşkil edib hər kəsə məlumat vermişik ki, zavod öz fəaliyyətinə başlayan kimi borclar ödəniləcək. Bütün işlər bitəndən sonra zavod açılacaq. Çox güman ki, ilin axırına qədər açılacaq”.

Vaqif Məmmədov işçilərə maaş kartlarının verilməməsi məsələsinə də münasibət bildirib: “Bütün işçilərin maaş kartı özündə olub. İran vətəndaşlarının zavodda işlədilməsi və onlara günə 100-150 manat ödənişin olunması məsələsinə gəlincə isə, bu, tam ağ yalandır. Bununla bağlı Miqrasiya Xidmətindən də soruşa bilərsiniz. İrandan bura vətəndaşlar sadəcə qonaq qismində gəliblər, yəni öyrənmək məqsədilə. Lakin onlar burada işləməyib”.

MƏNBƏ “Qafqazinfo''

 



Xəbəri paylaş

3878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___