Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BMT baş katibi Ərdoğanla görüşdü
Tarix: 12-02-2017 | Saat: 02:43
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

BMT baş katibi Ərdoğanla görüşdü
BMT baş katibi Antoniu Quterriş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya və İraqdakı vəziyyəti, habelə Kipr nizamlanmasını müzakirə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüş İstanbulda baş tutub.

BMT mətbuat xidmətinin məlumata görə, baş katib Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə Türkiyə prezidentinə təşəkkürünü bildirib.

Baş katib Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edib. “Lakin bu səylər xalqın dəstəkləyəcəyi siyasi qərar olmadan uğursuz olacaq”, - deyə məlumatda bildirilir.

Tərəflər həmçinin İraqdakı vəziyyəti müzakirə ediblər. Qutteriş qeyd edib ki, Mosulun və ölkənin digər rayonlarının İŞİD-dən azad olunması uğrunda aparılan əməliyyatlar konfessiyalararası ziddiyyətləri şiddətləndirməməlidir: “Terrorla mübarizə milli barışıq simvoluna çevrilməlidir”.

BMT baş katibi və Türkiyə prezidenti həmçinin Kipr nizamlanmasındakı vəziyyəti müzakirə ediblər. Bu mövzuda diskussiyanın təfərrüatları açıqlanmır.


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
4-07-2018, 13:45 Metro artıq işləyir
5-06-2018, 10:43 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___