Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fəzail Ağamalının qızının “Buta” uşaq bağçasında nələr baş verir..?
Tarix: 02-12-2022 | Saat: 13:49
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj / Aktual | çapa göndər




Bizi kiminsə qızının, gəlininin, yaxud həyat yoldaşının uşaq bağçası  maraqlandırmır…  

 Bizi Azərbaycanın gələcəyi olan körpələrin sağlamlığı, təlimi, tərbiyyəsi  düşündürür…

Gündəlik Bakı media qurumu olaraq  xeyli müddətdir uşaq bağçalarında, körpələr evlərindəki problemlər barədə mütəmadi olaraq yazırıq. Yəni hərdən bir yox, sistemli olaraq  bu məsələni cəmiyyətin gündəmində saxlayırıq. Nəinki körpələr evindəki istilik sistemi,  antisanitariya, hətta körpələrə verilən qida rasionu, loru dildə desək, “sulu kaşa” məsələsinə qədər  araşdırmışıq.
Sözün qısası, bizim üçün kiminsə qızının, gəlininin, yaxud həyat yoldaşının obyekti, uşaq bağçası deyil, Azərbaycanın gələcəyi olan körpələrin problemləri maraqlıdır.
Bəli, son bir neçə gündə Milli Məclisin üzvü, deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında 7 yaşlı daun sindromlu uşağın döyülməsi ilə bağlı polisə şikayət daxil olub. Yayılan məlumata görə, Bakı şəhər sakini A.K Nərimanov RPİ 16-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bu ilin iyun ayından sentyabrın 14-dək olan müddətdə 2014-cü il təvəllüdlü qızı təhsil aldığı “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb. Həmin bağçanın sahibi Günay Ağamalı isə  mətbuata bildirib ki, həmin valideynlə bağlı polisə müraciət edəcəm.
Fikir verdinizmi, deputatın qızı problemi araşdırmaq, çıxış yolları tapmaq əvəzinə deyir ki, döyülən uşağın valideynini polisə verəcəm.
Təsəvvür edirsiniz,  valideyin  hər ay bağçaya  270 manat, loqoped müəllimə üçün isə 200 manat, yəni üst-üstə  hər ay 470 manat deputatın qızınınn bağçasına pul ödəyir  və uşağı döyürlər. Günay Ağamalı deyir ki, guya valideynin məqsədi onun nüfuzuna  xələl gətirməkdir. Ay hörmətli Günay xanım ! Hansı nüfuzdan-zadan söhbət gedə bilər..?
Dünyanın heç bir ölkəsində ata partiya sədri, qızı isə onun müavini, müşaviri, partiyanın Qadınlar birliyinin  sədri ola bilməz. Bu XXI əsrdə görünməyən haldır, yəni çox üzr istəyirik, sizinki  hətta feodal  düşüncəsi də deyil. Nə isə mövzudan kənara çıxmayaq. Yaxşı, görəsən, Günay  xanım, uşağın “2-ci mərtəbədəki kravatdan” yıxılmasına nə deyir..?
Bu barədə videoda yayılıb  və videodan görünür ki, uşaq düşməyə çətinlik çəkir, tərbiyəçi isə öz işindədir  və uşaq yıxılaraq zədə alır...Bunu hamı öz gözü ilə görür... Valideyin deyir ki, mənim uşağım nəzarətsizlikdən yıxılıb, üstünə qışqırıblar, saatlarla tualetdə oturdub qorxudublar. Valieyin onu da deyir ki, bağçanın  sahibi  Günay Ağamalı  müəllimə  və tərbiyəçiləri  sınaq müddəti adı ilə işə götürüb,  hər 15 gündən bir çıxarır, ona görə də nəticə belə olur, cədvəldə yemək saatı 17:45 göstərilsə də, qızım saat 5-də evə göndərilir və s. Bütün bunları biz demirik, valideyinlər deyir....
Təsəvvür edirsiniz, adi bir bağçadan deyil, müxtəlif filialları olan böyük  bir şəbəkədən söhbət gedir. Olsun, çox gözəl. Amma  valideynlərdən bu qədər pul alıb etinasız yanaşmaq da doğru deyil. Sözün qısası, hal-hazırda tərəflərin müraciətləri ilə bağlı polis bölməsində araşdırmalara başlanılıb. Qısa məlumat üçün qeyd edək ki, “Buta” körpələr evi – uşaq bağçası 2011-ci ildən fəaliyyətə başlayıb. Hazırda bağçanın  əsas Gənclik korpusu və Bakıxanov, Neftcilər, Yasamal və s filialları var. Günay  Ağamalı  həm də alimdir. Bəli, Günay xanım “Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji keyfiyyətləri” mövzusunda elmi iş yazaraq  dissertasiya müdafiə edib.
Görəsən, məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri mövzusunda çoxsaylı elmi məqalələrin və tezislərin müəllifi  olan  Günay Ağamalı uşaq bağçalarında elementar  qaydaların qorunmasına  riayət edə bilmir?
Yeri gəlmişkən,  Günay Ağamalı həm də Azərbaycan Dillər Universitetində çalışır və  Azərbaycan Dövlət Pedaqoji Universitetində Yenidənhazırlanma Təhsili üzrə praktik psixoloq ixtisasını alıb. Hətta PSİXOLOQ....??
Deyəsən, bu ölkədə psixoloqların özünün psixoloji  yardıma ehtiyacı var... Hörmətli Günay Ağamalı öz uzun müsahibəsində uşaqlara qayğıdan, sevgidən danışır. Adam düşünür ki, kaş dediklərinizin yüzdə birinə əməl edəydiniz....
P.S. Biz hörmətli Fəzail müəllimin özünə həmişə hörmətlə yanaşmışıq, övladı Günay xanıma yenə də hörmətlə yanaşırıq. Amma Günay xanıma bir şeyi xahiş edərdik ki, işçilərinə tapşırsın ki, xəstə uşaqlarla işləmək nə qədər çətin olsa da, o qədər də savabdır.
Çalışın savab əməllərinizi artırın!!!

MƏNBƏ https://gundelik-baku.com/



Xəbəri paylaş

2308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___