Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səhiyyə Nazirliyindən dərman qıtlığı xəbərinə- Reaksiya
Tarix: 28-08-2015 | Saat: 12:45
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyindən dərman qıtlığı xəbərinə- Reaksiya

Səhiyyə Nazirliyi son günlər Azərbaycanda dərman bazarında qıtlıq yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin şöbə rəisinin müavini Pərviz Əzizbəyov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.


Onun sözlərinə görə, hazırda dərman bazarında qıtlıq müşahidə olunmur: “Çünki dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin eyni tərkibdə müxtəlif ticari adlarda əvəzləmələri mövcuddur. Aptekdə hansısa adda dərman yoxdursa, onun başqa tərkibdə əvəzedicisi mütləq var. Həkimlə məsləhətləşib əvəzedicisini almaq mümkündür”.

Qıtlıq yaranması ilə bağlı yayılan məlumatların Tarif Şurasının qiymətlərin tənzimlənməsi ilə əlaqədar məlum qərarına aidiyyatı olmadığını bildirən rəis müavini qeyd edib ki, müvafiq qanunda edilən dəyişiklikdən sonra dərman vasitələrinin də qiyməti tənzimlənən qiymətlər sırasına daxil edilib: “Şirkətlər də bəyannamə verərək orada qiymətləri göstərirlər. Müəyyən topdansatış, həmçinin də pərakəndə satış üçün qiymətlərin üzərinə əlavələr edilir. Nazirlər Kabinetinin qərarında həmin əlavələr də göstərilib. Ona görə də qiymətlər şirkətlərin təqdim etdiyi bəyannamələr əsasında tənzimlənir. Əgər dərman vasitləri qanunda göstərildiyi kimi qiyməti tənzimlənən vasitələr sırasına aid edilibsə, əlbəttə ki bunun qiyməti tənzimlənməlidir. Burada məsələ şirkətlərin az və ya çox gəlir əldə etməsindən getmir. Burada istehlakçıların da hüquqları nəzərə alınmalıdır. Bu baxımdan şirkətlərdən heç bir şikayət nazirliyə daxil olmayıb”.

P. Əzizbəyov qeyd edib ki, Səhiyyə Nazirliyi dərman bazarında keyfiyyətə nəzarət edir: “Bu məqsədlə də bazarda daim monitorinqlər həyata keçirir. Həmçinin nazirlik İqtisadiyyat və Sənayə Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsi ilə birgə razılaşma əldə edib. Komitə ilə birgə sentyabr ayının 15-dən sonra dərman bazarında qiymətlərə nəzarət məqsədilə yenidən monitorinqlər həyata keçiriləcək. Bu barədə apteklərə də məlumat verilib. Qeyd edim ki, əvvəl 25 təsiredici maddənin ilkin bəyannamələri Tarif Şurasına təqdim olunmuşdu . Hazırda isə yeni 55 təsiredici maddənin siyahısı şirkətlərə göndərilib. Sentyabr ayının 10-na kimi vaxt verilib ki, onların da müvafiq bəyannamələri Tarif Şurasına təqdim edilsin və dövlət tərəfindən qiymətləri təsdiqlənsin. Hazırda dövlət qeydiyyatında 4500- dən çox dərman var. Belə olan halda bütün dərmanların qiymətləri mərhələli şəkildə dövlət tərəfindən təsdiqlənəcək. Gələn ilin əvvəlində isə yerdə qalan 4500 adda dərmanın qiymətinin tənzimlənməsi nəzərdə tutulub”.

Hələlik hər hansı qıtlığın olması ilə bağlı Nazirliyə şikayət daxil olmadığını nəzərə çatdıran nazirlik rəsmisi əlavə edib ki, . “Qaynar Xətt” ə müraciət edən alıcıya və ya istehlakçıya hər hansı dərmanı tapa bilmədiyini dedikdə eyni tərkibli digər adda dərmanları məsləhət görülür: “Məsələn 25 tərkibdə 1057 dərmanın qiyməti tənzimlənib. Bu o deməkdir ki, 25 tərkibdə 1057 dərman var. Son günlər bəzi kütləvi informasiya vasitələrində Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılmaqdadır. Bildiririk ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir. Akineton adlı dərman vasitəsi Azərbaycanda istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.

Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar.

Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib”.



5008 dəfə oxunub.

Digər xəbərlər
26-05-2022
bütün xəbərlər
____ Instagram ___