Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət büdcəsinə qaytarılmayan 80 000 manat civarında məbləğ kimin cibindədir?
Tarix: 02-11-2022 | Saat: 15:39
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj / Aktual / Həftə-Reytinq | çapa göndər

Dövlət büdcəsinə qaytarılmayan 80 000 manat civarında məbləğ kimin cibindədir?


Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzi ilə bağlı yeni faktlar üzə çıxıb. Belə ki, FHN-də xidmətə qəbul olunan vətəndaşlar və FHN Akademiyasına qəbul olunan abituriyentlər Tibb Mərkəzində müayinələrdən keçir və bunun üçün müəyyən məbləğ ödəyirlər. Araşdırmalar zamanı məlum olub ki, 2019-cu ildən 2022-ci ilin mart ayınadək olan müddət ərzində təkcə bu məbləğdən təxminən 80 000 manat məbləğində yeyinti olub. Belə ki, vətəndaşlara ödədiyi məbləğin qarşılığında verilən qəbzdə həqiqətən ödədiyi məbləğ yazılsa da, Tibb Mərkəzinin mühasibatlığında qalan nüsxədə daha aşağı məbləğ göstərilirmiş. Bundan başqa, vətəndaşa verilən nüsxə də laboratoriyanın əməkdaşları tərəfindən alınırmış. Beləcə, vətəndaşda ödənişi təsdiq edən heç bir hüquqi sənəd qalmırmış. Bütün bu saxta qəbzlər maliyyə şöbəsinin müdiri İlham İmanov tərəfindən məhv edilirmiş. İdarədə nəzarət kassa aparatı olmadığından bu tip maxinasiyaları etmək

 

olduqca asan imiş. Beləcə, Tibb Mərkəzinin büdcədənkənar hesabına qoyulan pullar az olduğu üçün Tibb Mərkəzinin əməkdaşlarına il ərzində verilən pul mükafatının məbləği də az olurdu. Ən maraqlı məqam isə bütün bu yeyinti faktlarının ifşa olunmasına baxmayaraq, məbləğin hələ də dövlət büdcəsinə qaytarılmamasıdır. 

Daha bir fakt isə nə qədər inandırıcı olmasa da, şəhid ailələrinə bütün dövlət qurumlarında güzəştlərin olunmasına baxmayaraq, məhz FHN Tibb Mərkəzində tam ödənişli əsaslarla müayinələrin aparılmasıdır. Güzəştlərin tətbiq olunduğu dövrdə isə müxtəlif bəhanələrlə (məsələn, vətəndaş evlidirsə, şəhid olan qardaşı onun ailə üzvü sayılmırdı) şəhid ailələrinin üzvlərindən ödəniş alınır və əlbəttə ki, məbləğin bir hissəsi cibə gedirdi. 

Və son olaraq, aldığımız məlumata görə, hazırda Tibb Mərkəzində rəhbərlik əməkdaşların ciddi narazılığı ilə üzləşib. Belə ki, savadlı kadr olmadığından səriştəsiz bir maliyyəçinin səhvi ucundan əməkdaşların böyük əksəriyyətinin maaşları az verilib,

məzuniyyət və kirayə pulları ödənilməyib. Yaranan problemi aradan qaldırmaq üçün isə Mərkəzə məhz maliyyə yeyintisi səbəbindən işdən kənarlaşdırılan İlham İmanov köməyə çağırılıb. Belə bir ziddiyyətli durum...



Xəbəri paylaş

1 2238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___