Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çin alimləri Tarix İnstitutunda
Tarix: 27-05-2016 | Saat: 19:30
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Çin alimləri Tarix İnstitutunda

Mayın 26-da Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda olub.

"Xəbəraz.az " xəbər verir ki, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açıb, qonaqlara Tarix İnstitutunun uğurlarından danışıb.

Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib və qonaqlara Tarix İnstitutunun nəşrləri ilə birlikdə hədiyyə olunub.

Daha sonra ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin “Avropa və Mərkəzi Asiya” bölməsinin müdiri Tszin Çje, AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, tarixçi-alimlər Cəbi Bəhramov, İradə Bağırova və başqaları çıxış ediblər.


Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___